Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

31 Mart

2018
18:20
AİP İmam Əlinin (ə) mövludu münasibətilə xalqımızı təbrik edib

Azərbaycan İslam Partiyasının sədr əvəzi Hacı İlham Əliyev böyük İslam şəxsiyyəti birinci imamımız Həzrət Əlinin (ə) mövludu münasibətilə xalqımızı və bütün İslam dünyasını təbrik edib. Təbrikdə deyilir:

“ Bu gün İslam tarixinin böyük şəxsiyyəti, birinci imamımız Həzrət Əli ibni Əbu Talib(ə)-ın mövlud günüdür. Bu əziz gün, İslam dünyası üçün olduqca dəyərli tarix, şəxsiyyətlərin yetişməsində canlı nümunənin yaranışı məqamı münasibətilə ilk növbədə zəmanəmizin İmamını(ə.f) və xalqımızı, dünyanın tərəqqipərvər müsəlmanlarını, xüsusən Əhli-beyt(ə) və  Həzrət Əli(ə) elminin aşiqlərini ürəkdən təbrik edir, bu parlaq və tükənməyən  nur çırağından qəlblərinizə hərarət, iman yolunuza isıq diləyirəm.

Həzrət Əli(ə) elə bir tarixi  və əbədiyaşar, həyatı, elmi ilə bəşəriyyətə öndər olan, daim öyrədən və öyrənilən şəxsiyyətdir ki, onun həyatını, şəxsiyyətini, elmini və təfəkkürünü, İslam dininin yaşamasında və intişarında rolunu sözlə ifadə etmək mümkün deyil. Həzrət Peyğəmbərdən(s.ə) sonra İslam dininin danışan dili və parlayan aynası oldu. Əbəs yerə əziz Peyğəmbərimiz(s.ə) O Həzrəti elmin qapısı adlandırmır. Allah evi- Kəbədə dünyaya göz açan Əli(ə) həyatı boyu bütün eimini və gücünü Allah təaladan almışdır.

14 əsr əvvəl, rəcəb ayının 13-də dünyaya göz açan Əli(ə) dünyagörüşü, təfəkkürü, eimi və fəlsəfəsi, həyat tərzi, ictimai münasibətləri və siyasi baxışları bu gün də aktual, hər kəs üçün örnək, mənəvi bazadır. İnsanlıq məktəbi olan Həzrət Əli (ə) həyatı bütün cəmiyyətlət üçün real məktəb, haqqın və ədalətin ideal nümunəsidir.

Azərbaycanımızda ictimai təfəkkürün inkişafı, din, vətən, torpaq təəssübkeşliyi duyğu və düşüncəsinin real həyatda təzahürü üçün İslam müqəddəslərinin nümunəsinin öyrənilməsi bu gün mühüm amillərdəndir. Azərbaycan İslam Partiyası hər kəsin həyatında özü, ailəsi, xalqı və ümumən bəşəriyyət üçün aktual olan nümunəvi dəyərlərin tətbiqini, qorunmasını, Allah yolunda Həzrət Əli(ə) nümunəsindən bəhrələnməyi arzulayırıq.

Bir daha hər birinizi bu müqəddəs gün- mövlud münasibətilə təbrik edir, dəyərli  ömrünüzə bərəkət, gələcək xeyirli bayramlar diləyirik.”

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Həzrət Əli mövlud 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-10-2018 04:46



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com