Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Mart

2018
15:17
1260
Alimlər insan bədənində yeni orqan kəşf etdilər

İnsan orqanizmi həqiqətən çox böyük bir nemət və detaldır. Milyardlarla hüceyrənin içərisindən, yaradılışına qədər nəhəng detallara malikik. Bu isə onu göstərir ki, sözügedən mükəmməl quruluşu araşdırmaq qeyri-mümkün olur. Alimlər isə insan orqanizmində "Interstitium" adı verilən yeni orqan detalı kəşf etdiblər.

FaktXəbər-in məlumatına görə, aparılan araşdırmalar göstərir ki, "Interstitium"a tam şəkildə orqan demək olmaz. Orqanın detalı kimi göstərilir. Çünki alimlər kəşf etdiyi bu detalın insan bədənindəki ən böyük orqan ola biləcəyini söyləyirlər. Bir az dərinə getdikdə isə, bu qədər böyük detalın indiyə qədər ortaya çıxmadığı məsələsi sual yaradır.

"Interstitium" əslində təkbaşına orqan quruluşuna malik deyil. Birləşdirici toxuma və maye dolu hissələrdən ibarət olan və şəbəkə sisteminə bənzəyən quruluşu var. Ona görə də böyrək, ciyər və ya ürək kimi gözlə görünən orqan deyil, orqan detalıdır. Aparılan bu tədqiqatda "Interstitium"un xərçəngi xəstəliyini də həll edəcək sirrlər daşıdığı bildirilir.

İnsan orqanizmi də dünya kimi böyük hissəsi sudan ibarətdir. Bu su isə hüceyrələrin bərpa olunmasından inkişafımıza qədər bir çox mərhələdə ən vacib detallardan biri.

Bədənimizdə olan suyun təxminən 20 faizinə "Interstistial" adı verilir. Bunun Azərbaycan dilində tərcüməsi isə "arada qalan" və ya "yerləşdirilmiş" kimi tərcümə olunur. Məhz yeni kəşf edilən orqan detalı da bu birləşmənin arasında olan nazik qatdan ibarətdir.

Orqanizmimizin hər yerini gəzən "Interstitium" kamil şəkildə fəaliyyət göstərir. Yəni tənəffüs, ifrazat, dəri və həzm sahələrimizin hamısında yerləşir. Nyu-York Universitetinin patologiya professoru Neil D.Theise belə deyib: "Bu orqan bədənin bütün sistemlərinə təsir edir. Bizi böyük xəstəliklərdən xilas edə biləcək müdhiş kəşfdir".

Yeni orqan detalı olan "Interstitium"un içərisindəki maye birbaşa immun sistemimizlə əlaqəlidir. O həm infeksiyalarla mübarizə aparır, həm də ağ qan hüceyrələrini bədənin ehtiyac duyulan hissəsinə daşıyır.

Məqalədə : interstitium 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-04-2018 22:23

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com



Рейтинг@Mail.ru

DMCA.com Protection Status