Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

©

28 Mart

2018
12:40
7346
Uşaqlarınızın yanğından sağ qalması üçün 3 QIZIL QAYDA

Fövqəladə vəziyyət zamanı insanların çoxu panikaya düşür, bununla da həyatı xilas edəcək qızıl dəqiqələri itirirlər. Ancaq burda qorxuya üstün gəlmək və nəyin bahasına olursa-olsun vəziyyətdən çıxış yolu tapmaq lazımdır.

Bu yaxınlarda Rusiyanın Kemerova şəhərində böyük faciə yaşandı: Ticarət və Əyləncxə Mərkəzində baş verən yağında 64 nəfər həyatını itirdi, onlardan 44-ü uşaq idi.

FaktXeber.com hər kəsin başına gələ biləcək belə faciələrdən xilas olmaq üçün  bir neçə qızıl qaydanı təqdim edir.

Geyimi islatmaq və onun vasitəsi ilə nəfəs almaq

İnsanlar ən çox belə hallarda tüstüdən boğulurlar. Bu səbəbdən istənilər geyimi – şərf, futbolka, köynək, ətəyin astarı və s. götürür və bütün mümkün vasitələrdən istifadə etməklə onu isladırıq. Daha yaxşı olar ki, uşaqlardan onun üstünə siyiməsini tələb edəsiniz və sonra onun vasitəsilə nəfəs alasınız. Çünki bu, tüstü və zəhərli maddələrə qarşı sudan daha yaxşı filtrasiyadır.

Uşaqlara belə bir oyun öyrədin: Çıxışı tapmalı

Bu, təkcə uşaqlar üçün yox, böyüklər üçün də faydalıdır. Biz heç bir zaman yanğın baş verərkən müəssisəni tərk etmək üsulları barədə düşünmürük. Halbuki bunu adət halına çevirmək olar. Uşaqları ən azı 2-3 həftə ərzində müxtəlif müəssisəlrə aparmalı və yanğın halında hara qaçmağın mümkün olduğunu öyrətməliyik. Bunu əməkdaşlardan da dəqiqləşdirmək olar.

Panika halında kütlədən çıxış yolu

Burda da 3 qayda var:

- Dayanmadan, hətta doğmalar arxada qalsa belə, ancaq hərəkət istiqamətinə doğru hərəkət etməli. Çıxandan sonra onları tapmaq mümkündür.

- Ehtiyatla  künclərdən, dirəklərdən, qarşıya çıxan maneələrdən keçilməli. Bunun üçün qarşıda nə olduğuna uzaqdan baxmalıyıq. Qollarımızı sinəmizdə çarpazlayaraq, dirsəklərimizi qabağa tutmalı və əllərimizlə çiyinlərimizdən yapışmalıyıq. Bu basabas olarsa, sizin rahat nəfəs almağınız üçündür.

- Yıxılsanız, nəyin bahasına olursa-olsun 3 saniyə içində bütün vasitələrdən istifadə etməklə ayağa qalxmağa çalışmaq lazımdır. Bunun üçün ən yaxındakı ayağa, cinsə, paltodan möhkəm yapışq  və ayağa qalxmaq lazımdır. Yadda saxlamaq lazımdır ki, qarşıdakı insan buna şad olmayacaq, hətta başınızdan vura bilər. Lakin sizin qalxma fürsətiniz olacaq.

Evdə bunu məşq edin. Ümidvarıq ki, bu təcrübədən istifadə etmək heç vaxt Sizə lazım olmayacaq!!!

Məqalədə : yanğın xilas 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Azərcell"də problem yarandı

16

Oktyabr
12:59
ÖLKƏ
39

Paytaxtda 48 814 şagird I sinifdə təhsil alır

16

Oktyabr
12:29
ELM / TƏHSİL
30

Azərbaycan qaz ixracını kəskin artırıb

16

Oktyabr
11:29
İQTİSADİYYAT
33

Bayden: Tramp seçilsə NATO dağılacaq

16

Oktyabr
10:23
DÜNYA
42

Bakıda daha bir küçə yenidən qurulub - FOTO

16

Oktyabr
09:49
NƏQLİYYAT
71
Şərhlər
anonim tərəfindən 28-03-2018 15:38:25 tarixində yazıldı
uşaq
Aha, məmurlar büdcəni basıb yesin, uşaqlar çıxış yolu tapsın
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-10-2019 14:11



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru