Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 Mart

2018
12:30
20 dövlət diplomatlarını Rusiyadan geri çağırmaq istəyir

Avropanın 20 dövləti "Sripal işi"nə görə, rusiyalı diplomatları ölkələrindən çıxara bilərlər.

FaktXeber.com-un məlumatına əsasən, kompaniya martın 26-dan Avropa İttifaqının Moskvadakı səfirinin geri çağırılması ilə başlana bilər.

Müvafiq qərar martın 22-də Aİ-nin Brüsseldə keçirilən sammitində qəbul olunub. Britaniyanın baş naziri Tereza Mey yenidən Rusiyanı Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Sergey Skripalın zəhərlənməsində günahlandırıb və preparatın adını açıqlayıb.

Rusiya tərəfinin bu hadisəyə cavabı özünü çox gözlətməyib. Rusiya prezidenti yanında Strateji Məsələlər Şuranın üzvü Boqdan Bezpalko Litva və Bolqarıstanın belə addım atmasını ciddi hadisə adlandırmayaraq, Almaniya və digər böyük Avropa dövlətlərinin Rusiya ilə olan iqtisadi bağlılığına xüsusi vurğu edərək ölkəsinin "ayna cavabı" ata biləcəyini qeyd edib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Rusiya Qərb 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-11-2018 18:22



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com