Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Mart

2018
08:03
1821
Putin yenidən Rusiyada prezident seçildi - YENİLƏNİB

8.02 - Səslərin 99.63 faizi sayılıb. Seçkilərdə aktivlik 67% olub. Rusiyanın hazırkı prezidenti Vladimir Putin seçicilərin 76.66% səsini alıb. Pavel Qrudinin 11.80, Vladimir Jirinovski 5.67, Kseniya Sobçak 1.67, Qriqori Yavlinski 1.04, Boris Titov 0.76, Maksim Suraykin 0.68, Sergey Baburin isə 0.65 faiz səs toplayıb.

***

Rusiya Federasiyasında prezident seçkilərində səsvermə başa çatıb. 

FaktXəbər-in Rusiya mediasına istinadən məlumatına görə, ölkənin bütün ərazisində səsvermə məntəqələr artıq bağlanıb, bülletenlərin sayılması prosesi gedir. 

İlkin məlumata görə, Rusiyanın hazırkı prezidenti Vladimir Putin səslərin 74,83%, Pavel Qrudinin isə 13,53% səs toplayıb. Seçkiöncəsi debatlarda bi-birinə qarşı mübarizə aparan Kseniya Sobçak və Vladimir Jirinovski isə müvafiq olaraq 1,42 və 6,38% səs toplayıblar. 

Qeyd edək ki, exit poll nəticələrinə görə, hazırki prezident Vladimir Putin 70 faizdən çox səslə (ФОМ - 77 faiz, ВЦИОМ - 73,9  faiz) qələbə qazanıb. 

RİA Novosti-nin verdiyi xəbərə görə, exit poll nəticələrinə əsasən, Kommunist Partiyasından irəli sürülən Pavel Qrudinin 11 faizdən çox, Rusiya Liberal-Demokratik Partiyasının namizədi Vladimir Jirinovski isə 6-dən çox səs toplayaraq üçüncü yerdə qərarlaşıb. 

Məqalədə : Putin 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-04-2018 03:10

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com



Рейтинг@Mail.ru

DMCA.com Protection Status