Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Mart

2018
10:55
1323
BMT: `Yəməndə 22.2 mln. insan yardıma möhtacdır`

BMT Təhlükəsizlik Şurası  Yəməndəki humanitar böhranın getdikcə artdığı barədə bəyanat yayıb. FaktXeber.com-un məlumatına görə, sənəddə bildirilir ki, ölkədə 22 milyon 200 min insan humanitar yardıma möhtacdır. Hesabatda vurğulanır ki, yardıma möhtac insanların sayı ötən ilə müqayisədə 3,4 milyon artıb.

Sənəddə böhranın  davam etməsi və xüsusən dinc sakinlər üzərində yıxıcı təsiri barədə narahatlıq ifadə olunub.

Digər tərəfdən  Yəmən İnqilabı  Ali Komitəsinin rəhbəri  Muhəmməd  Əli əl-Husi tvitter səhifəsində bildirib ki, raketlər Amerika təyyarələri ilə qaçaq yollarla Taifdəki və başqa bazalardan bölgələrə daşınır: «Bu məsələ Yəmən  xalqı üçün  bilinən bir haldır və bunu Səudiyyə Ərəbistanı, Amerika və müttəfiqlərinin ölkəyə 3 ildir  davam edən müdaxilələri dövründə həmişə yaşandı. Bu səbəbdən  amerikalı komandan general Votel və Amerika Senatoru  bizim bu hayqırtımızı eşitməlidirlər: Amerika Yəmən xalqını qətliam edir».

Məqalədə : Yəmən böhran 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-04-2018 10:00

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com



Рейтинг@Mail.ru

DMCA.com Protection Status