Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Mart

2018
21:02
2320
Trampın yeni kəşfiyyatçısının cinayət dosyesi hər kəsi heyrətə gətirdi - FOTO

ABŞ prezidenti Donald Trampın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Mayk Pompeonun yerinə təyin etdiyi Gina Haspel MKİ-nin Taylanddakı ilk xarici həbsxanasına rəhbərlik edibmiş . 

FaktXəbər-in məlumatına görə, Tramp Twitter hesabından ABŞ XİN rəhbəri Reks Tillersonın yerinə MKİ direktoru Pompeonu, Pompeonun yerinə isə Gina Çeri Haspeli təyin etdiyini açıqlayıb.

MKİ-yə 1985-ci ildə qatılan Haspel keçən il fevral ayında MKİ direktor müavini təyin olunmuşdu.

Haspelin MKİ-nin başına təyin olunması ilə ABŞ-da ilk dəfə bir qadına bu missiya tapşırılmış oldu.

Haspelin karyerasında ən mübahisəli məqam isə 2002-ci ildə Taylandda iki terror şübhəlisinə qarşı həyata keçirdiyi işgəncə və həmin işgəncənin video görüntülərini məhv etməsidir.

Qeyd edək ki, MKİ-nin ABŞ xaricindəki ilk rəsmi həbsxanası 2002-ci ildə Taylandda yaradılmış və rəhbərliyinə də Haspel gətirilmişdi.

Taylandda Səudiyyə Ərəbistanı vətəndaşları Əbu Zubeydə və Əbdülrahim əl Nəşrinin sorğusundatətbiq edilən işgəncələr illərlə gündəmdə qalıb, ABŞ-ın özündə də bu barədə geniş müzakirələr aparılıb.

İşgəncələrin törədilməsində mühüm rolu olan Haspelin daha sonra işgəncələrə aid video qeydlərini məhv etməsi isə daha böyük mübahisələrə səbəb olub.

Haspelin keçən il fevral ayında MKİ-nin iki nömrəli adamı təyin olunması da Trampın qanunsuz işgəncələri yenidən gündəmə gətirəcəyinə işarə kimi şərh olunmuşdu.

Məqalədə : Tramp Gina Haspel 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-07-2018 10:51



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com