Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Mart

2018
19:10
Təhsil naziri olacağı deyilən Yusuf Məmmədəliyevə vəzifə verildi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Gənclər Fondu Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

FaktXəbər-in məlumatına görə, Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasının Gənclər Fondu Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilsin:

Müşahidə Şurasının sədri

Məmmədəliyev Yusuf Ülfət oğlu - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri

Müşahidə Şurasının üzvləri

Babayev İntiqam Vaqif oğlu - Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini

Qurbanov Firudin İsa oğlu - Azərbaycan Respublikası təhsil nazirinin müavini

Səmədov Nazim Adil oğlu - Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini

Kərimli Mətin İmdad oğlu - Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini

Hüseynov Seymur Elşad oğlu - Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri

Orucov Seymur Vaqif oğlu - “Gənclərin İntellektual İnkişafına Yardım” İctimai Birliyinin idarə heyətinin sədri

Seyidov Mirhəsən Mirheydər oğlu -“İrəli” İctimai Birliyinin sədri

Hümbətov İlham Gürşad oğlu - “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin icraçı direktorunun müavini

Bu sərəncamla “Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının üzvlərinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 4 mart tarixli 2710 nömrəli sərəncamının 1-ci hissəsi ləğv edilir.

Qeyd edək ki, Mikayıl Cabbarov təhsil naziri vəzifəsindən çıxarıldıqdan sonra Yusif Məmmədəliyevin təhsil naziri təyin olunacağı ilə bağlı mediada məlumatlar dolaşırdı.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Yusuf Məmmədəliyev 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-09-2018 04:39



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com