Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Mart

2018
17:42
“Keşlə” doğma meydanda “Qəbələ” ilə heç-heçə edib

Martın 13-də futbol üzrə Azərbaycan Premyer Liqasının XX turuna start verilib. Turun ilk oyun günündə “Keşlə” doğma meydanda “Qəbələ”ni qəbul edib.

Baş hakim Ömər Paşayevin idarə etdiyi matçın 32-ci dəqiqəsində Baqali Dabo “Qəbələ”ni hesabda önə çıxarıb. Birinci hissə bu hesab ilə başa çatıb – 1:0.

Fasilədən sonra hesab bərabərləşib. Matçın 59-cu dəqiqəsində Voislav Stankoviç avtoqola imza atıb - 1:1. Komandaların cəhdlərinə baxmayaraq qarşılaşmada qapılara başqa qol vurulmayıb.

Beləliklə, oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Bu görüşdən sonra “Qəbələ” 39 xalla turnir cədvəlində ikinci, “Keşlə” isə 16 xalla yeddinci pillədə qərarlaşıblar.

Martın 14-də isə "Neftçi” və “Qarabağ” klubları üz-üzə gələcəklər. Gününün digər qarşılaşmasında “Səbail” səfərdə “Zirə”nin qonağı olacaq. Turun sonuncu matçında isə “Sumqayıt” və “Kəpəz” klubları qarşılaşacaqlar (azertag).

Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-09-2018 21:25



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com