Azərbaycanlı gənc 50 dollara aldığı çantanı öz ixtirası kimi təqdim etdi – VİDEO

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Mart

2018
16:54
14241
Azərbaycanlı gənc 50 dollara aldığı çantanı öz ixtirası kimi təqdim etdi – VİDEO

Azərbaycanlı tələbə “AliExpress” onlayn alış-veriş saytından aldığı çantanı öz ixtirası kimi təqdim edib.

“Xəzər Xəbər”ə müsahibə verən  Azərbaycan Dövlət Neft və Sənayə Universitetinin startap məktəbində çalışan Nihad Quliyev İKT sahəsində daha bir yeniliyə imza atdığını, çox funksiyalı enerji yığıcı və ötürücü xüsusiyyətinə sahib bel çantası ixtira etdiyini deyib.

O, ilk dəfə belə bir çantaya ehtiyacı olduğunu əsgərlikdə olan zaman hiss etdiyini, daha sonra komandası ilə birlikdə çalışaraq belə bir unikal əşyanı ərsəyə gətirdiyini bildirib. Onun bu sözləri də efirə gedib. Bundan sonra isə hər şeyin üstü açılıb.

Belə ki, sosial şəbəkələrdə paylaşılan videoya baxanlar gəncin yalanını üzə çıxarıblar. Məlum olub ki, gənc oğlanın ixtirası olduğunu iddia etdiyi çanta “AliExpress” onlayn alış-veriş saytında satışda var. Qiyməti də 50 dollardır.

Yəni N. Quliyev alış-veriş saytından aldığı çantanı ixtirası kimi təqdim edərək yalan danışıb. Üstəlik bu yalanına görə, universitet tərəfindən maliyyə dəstəyi də alıb./minval.info

FaktXəbər-in məlumatına görə, sözügedən məsələ ilə əlaqədar Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) açıqlamaya yayıb. Açıqlamada deyilir, həmin çantanın Çindən sifariş olunub. Standart vəziyyətdə yalnız günəş batareyası sayəsində enerji yığmağa qadir olan çanta gənclər tərəfindən təkmilləşdirildikdən sonra sürtünmə qüvvəsindən və ayaqqabıların hərəkətindən yaranan enerjini də akkumulyasiya etmək səviyyəsinə çatdırılıb. Bundan əlavə, çantaya daha üç funksiya əlavə edilib. “Bir daha vurğulamaq istərdik ki, çanta Çin istehsalıdır və süjetdə çantanın üzərindəki loqo da bunu təsdiqləyir. Tələbələr həmin çantanı ona yeni funksiyalar əlavə etməklə təkmilləşdiriblər. Xəzər TV-nin hazırladığı süjetdə yuxarıda sadalananlar aydın şəkildə qeyd olunub. Süjetdə tələbələrin “ağıllı çanta” istehsal etdiklərindən deyil, onun funksiyalarından bəhs olunub. Bəzi saytların, eləcə də sosial şəbəkə istifadəçilərinin ADNSU tələbələrinin bu layihəsini guya şəxsi ixtiraları kimi təqdim etməsi haqqında yazdıqları həqiqəti əks etdirmir”, - deyə məlumatda bildirilir.

Müzakirələrə səbəb olan videonu təqdim edirik:

Məqalədə : bel çantası 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-08-2018 14:22



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com