Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Mart

2018
16:51
ABŞ Suriyaya 200 hərbçisini göndərib

ABŞ rəhbərliyi Suriyanın İordaniya ilə sərhədində yerləşən "Ət-Tanf" hərbi bazasına daha 200 hərbçi göndərib. FaktXəbər-in verdiyi məlumata görə, bu barədə TRT kanalı yerli mənbələrə istinadən məlumat yayıb.
 
Buna qədər Rusiya müdafiə nazirinin müavini Aleksandr Fomin ötən həftə bəyan edib ki, ABŞ-ın xüsusi təyinatlı dəstələri Ət-Tanfda terrorçular üçün təhlükəsiz sığınacaq yaradıblar.

"Biz Ət-Tanf yaşayış məntəqəsinin yaxınlığında yerləşən 55-ci kilometrlə bağlı narahatıq. Bura İraqla sərhəddə Suriyanın qərbində yerləşir. Həmin ərazidə terrorçular üçün ehtiyat tədbirləri görülür, onlar silahlanır və partizan həmlələr üçün hazırlanır",-deyə rusiyalı nazir müavini qeyd edib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : ABŞ 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-12-2018 17:13



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com