Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Mart

2018
16:25
Trampın qərarından sonra Qəzzada 19 fələstinli öldürülüb

ABŞ prezidenti Donald Tramp ötən ilin dekabr ayında Qüdsü İsrailin paytaxtı elan etdikdən sonra Qəzza sektorunda 19 fələstinli işkəncə ilə öldürülüb.

FaktXəbər-in məlumatına görə, Fələstin Səhiyyə Nazirliyinin açıqlamasında bildirilir ki, öldürülənlərdən 3-ü uşaqdır.

Məlumatda həmçinin qeyd olunur ki, Trampın qərarında sonra keçirilən etiraz aksiyaları zamanı 238-i uşaq olmaqla ümumilikdə 1083 fələstinli yaralanıb.

"İsrail əsgərləri aksiyalarda yaralıları daşıyan 15 təcili yardım maşınına da odlu güllələrdən atəş açıb", - deyə Səhiyyə Nazirliyi vurğulayır.

Qeyd edək ki, Donald Tramp 6 dekabr 2017-ci il tarixində Qüdsü rəsmi olaraq İstailin paytaxtı kimi tanıdığını elan edib.

İsrail rejimi Şərqi Qüdsü 1967-ci ildə 6 günlük müharibə zamanı işğal edib. Fələstinlilər Qüdsü bütöv şəkildə müstəqil Fələstinin paytaxtı kimi tanıyırlar. 

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Qüds 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-12-2018 12:26



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com