Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Mart

2018
11:31
2153
Netanyahu Trampda xoşuna gələn cəhəti açıqlayıb - VİDEO

Binyamin Netanyahu ABŞ prezidenti Donald Trampda xoşuna gələn cəhət barədə danışıb.

FaktXəbər-in məlumatına görə, İsrailin baş naziri "Fox News" efirində bildirib ki, Amerka liderinin saflığı  və möhkəmliyi onun xoşuna gəlir.

"Prezidentin məqsədə doğru getməsi xoşuma gəlir. O ciddi şeylər haqqında danışan zaman birbaşa mahiyyətə keçir. Mən bunu qiymətləndirirəm", - deyə Netanyahu bildirib.

O həmçinin bildirib ki, Trampla çox yaxın münasibətləri lap əvvəldən, onun prezidentlik müddətinin ilk günlərindən başlayıb.

"Bu belədir. Əvvəldən hər şey belə alındı. Sadəcə belə alındı. Mən bunu izah edə bilmirəm", deyə aparıcının müvafiq sualına cavabında söyləyib.

Xatırladaq ki, bütün dünyanın etirazına baxmayaraq, Tramp 2017-ci il 6 dekabr tarixində Qüdsü İsrailin paytaxtı kimi tanıdı və səfirliyin də Təl-Əvivdən Qüdsə köçürülməsi barədə qərarı təsdiqlədi.

Məqalədə : Netanyahu 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-06-2018 04:52



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com