Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Mart

2018
16:48
Qəzzafinin 10 milyard avrosunu kim xərcləyir?

Belçikanın xarici işlər naziri Didye Reynders Liviyanın devrilmiş prezidenti Müəmmar Qəzzafinin 10 milyard dollarlıq hesabları ilə bağlı yayılan məluimatı təkzib edib. FaktXəbərin verdiyi məlumata görə, belçikalı nazir "Le Vif" qəzetində dərc olunan məqaləni dezinformasiya adalandırıb.

Dünən adı çəkilən nəşr məlumat yayıb ki, Müəmmar Qəzzafinin "Euroclear Bank"da olan 10 mlrd. avro dəyərində dondurulmuş aktivləri 2011-ci ildə BMT-nin qərarı ilə 2013-2017-ci illərdə xərclənib.

Məqalədə həmçinin qeyd olunur ki, bu vəsait Liviya liderinin yaxın ətrafı tərəfindən idarə olunur.
 
"Mətbuat azadlığı, əlbəttə ki, var. Amma məlum olanda ki, məlumat yalandır, onda mən gözləyirəm ki, buna düzəliş edilsin. Həmçinin gözləyirəm ki, bu məlumatdan dövlət işi çıxaranlar heç nə ilə uyğun gəlmədiyinə dair nəticə çıxarsınlar",-deyə belçikalı nazir vurğulayıb.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Qəzzafi 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-09-2018 21:52



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com