Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Mart

2018
12:00
Ramiz Mirzəyevin qohumlarının qətli üzrə dindirilən şəxs özünü 3-cü mərtəbədən atıb

AFFA-nın sabiq prezidenti, Neftayırma zavodunun mərhum direktoru Ramiz Mirzəyevin bacısı və onun ərinin qətli ilə bağlı polis şöbəsinə dəvət edilən şəxs özünü 3-cü mərtəbədən atıb.

FaktXəbər-in "Gununsesi"nə istinadən məlumatına görə, hadisə martın 8-də baş verib. Belə ki, Ramiz Mirzəyevin qohumunun qətli ilə bağlı şöbəyə gətirilən Şükürov Tofiq Feyruz oğlu özünü 3-cü mərtəbədən ataraq, intihara cəhd edib.

Məlumatda onun özünə qəsd etməsi kimi ilkin olaraq, işgəncə ehtimalı göstərilir. Vəziyyəti olduqca ağır olan vətəndaş Tovuz Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Baş verən faktla bağlı Tovuz Rayon Polis Şöbəsinin rəisi Şirzad Əsgərov Tofiq Şükürovun işgəncəyə məruz qalmadığnı deyib.

DİN-nin mətbuat xidmətinin rəisi Ehsan Zahidov isə olayla bağlı bunları deyib: “Orada hər hansı işgəncə faktı olmayıb. Həmin vətəndaş şübhəli şəxs qismində şöbəyə dəvət edilib. O, dindirmə otağından deyil, şöbənin dəhlizindən özünü atıb. Faktla bağlı araşdırma aparılır”. 

Qeyd edək ki, 24 fevral 2018-ci ildə Tovuz rayon  mərkəzində Mərdan Musayev küçəsində yerləşən, Tovuz şəhər sakini, 1945-ci il təvəllüdlü Fərman Qoca oğlu Məmmədova məxsus ümumi sahəsi 320 kv/m olan 2 mərtəbəli 7 otaqdan ibarət evin birinci mərtəbəsindəki otaqlardan birində yanğın baş verib. Yanğın zamanı ev sahibləri Fərman Məmmədov və Pakizə Mirzəyeva ölüb.

Pakizə Mirzəyeva Bakı Neftayırma Zavodunun mərhum direktoru Ramiz Mirzəyevin bacısıdır və o,Tovuz rayon Poliklinikasında həkim işləyirdi.

Baş verən hadisə ilə bağlı  Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə iş başlanılıb. Zəruri ekspertizalar təyin edilib və dəhşətli cinayəti törədən şəxs və ya şəxslərin tutularaq istintaqa cəlb edilməsi üçün əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

Lakin indiyədək istintaqla bağlı hər hansı ciddi irıliləyiş əldə olunmayıb.

İstintaq ilkin araşdırmalar zamanı F.Məmmədovun baş nahiyəsində, əl-ayağı və ağzı lentlə bağlanmış P. Mirzəyevanın isə bədəninin müxtəlif yerlərində yanıq xəsarətləri aşkarlanıb. Hər iki şəxsin qətlə yetirildikdən sonra cəsədlərinin yandırıldığı ehtimal olunur. Onların naməlum şəxs, ya da şəxslər tərəfindən qətlə yetirildiyi bildirilir. Belə ki, yanğın zamanı Fərman Məmmədov girişdə, divanın üstündə ölü tapılıb, onun arvadı Pakizə Mirzəyeva isə ondan 5-6 metr aralıda olan çarpayıda,ağzı və əlləri skoçlanmış halda, ölü vəziyyətdə tapılıblar.

Qətlin qarət, yoxsa qisas məqsədi ilə törədildiyi məlum deyil.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Ramiz Mirzəyev 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-12-2018 16:58



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com