Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Mart

2018
11:18
DİN Gəncədəki faciə ilə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti Gəncə şəhərində atanın 2 yaşlı uşağını avtomobilə vuraraq öldürməsi ilə bağlı məlumat yayıb.

Məlumatda bildirilib ki, martın 8-də, saat 8 radələrində Gəncə şəhərində yaşayan Səbuhi İsmayılov evinin qarşısında idarə etdiyi “QAZel” markalı avtomobillə yola qəflətən çıxmış oğlu, 2 yaşlı İsmayılı vurmuş və nəticədə uşaq hadisə yerində ölmüşdür.

Nizami (Gəncə) RPİ tərəfindən araşdırma aparılır.

***

Gəncə sakini avtomobillə övladını vurub.

Şəhərin Nizami küçəsində yaşayan 1985-ci il təvəllüdlü Səbuhi İsmayılov “QAZel” markalı avtomobilini həyətdən çıxarmaq istəyərkən avtomobil onun oğlu, 2016-cı il təvəllüdlü İsmayıl İsmayılova dəyib. Xəsarət alan uşaq hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : din 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-09-2018 07:10



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com