Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Mart

2018
09:54
Dəməşqdə Rusiya səfirliyi gülləbaran olub

Dəməşqdə Rusiya səfirliyinin binası, Rusiya Ticarət nümayəndələiyi və Düşmən Tərəflərin Barışdırılması Mərkəzi hücuma məruz qalıb. FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə  Suriyada Tərəflərin Barışdırılması üzrə Rusiya Mərkəzinin rəhbəri  general mayor  Yuriy Yevtuşenko bəyan edib.

«Şərqi Qutada  terrorçuların nəzarətində olan ərazilərdən  Dəməşq istiqamətinə, o cümlədən  RF səfirliyinin  yerləşdiyi binaya, Rusiya Ticarət  Nümayəndəliyinə və Düşmən Tərəflərin Barışıdırılması Mərkəzi atəş açılıb… Bu anklavda olan  radikal qruplaşmalar  cavab fəaliyyətinə təhrik etmək üçün daim orduya atəş açırlar. Son 10 gündə Şərqi Qutanın  rayonlarından  Suriya paytaxtının  yaşayış məntəqələrinə 272 mina və reaktiv qurğu atılıb. Ümumilikdə 13 nəfər ölüb, 135 nəfər yaralanıb, onlardan 3-ü uşaqdır», - deyə o bildirib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Rusiya səfirliyi 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-11-2018 18:01



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com