Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Mart

2018
11:40
Rusiyalı aktivist: Məni xilas edin, hər şeyi danışacam

Taylandda həbs olunan Rusiya vətəndaşı Nastya Rıbka (Anastasiya Vaşukeviç) "New York Times" qəzetinə müsahibəsində bildirib ki, Rusiyanın ABŞ-dakı seçkilərə müdaxiləsini sübut etməyə hazırdır. FaktXəbər-in verdyi məlumata görə, Nastya Rıbka malik olduğu informasiyanı bölüşmək müqabilində ABŞ rəhbərliyinin qarşısına onu xilas etmək və Rusiyaya ekstradisiyasına maneə olmaq tələbini qoyub.

"Əgər Amerika mənə müdafiə təmin edərsə, mən hər şeyi danışacağam. Rusiyaya qayıtmaqdan qorxuram. Mənim başıma orda nəsə gələ bilər",-deyə Taylandda saxlanılan rusiyalı əlavə edib.

Rusiyalı həmçinin deyib ki, onda ABŞ-da seçki kampaniyası zamanı prezidentliyə namizədlərin danışığını özündə əks etdirən 16-18 saatlıq səs yazıları var.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Rusiyalı 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-11-2018 00:06



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com