Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Mart

2018
09:23
REAL Milli Şuranın mitinqində iştirak etməyəcək

REAL Milli Şuranın təşkil etdiyi mitinqlərdə qurum olaraq, təşkilatçılarından biri kimi iştirak etməyəcək. Amma üzvlərinin kütləvi tədbirlərdə öz vətəndaş hüquqlarından istifadə etmələrini öz qərarlarına buraxır. Bu barədə REAL-ın kütləvi aksiyalarla bağlı mövqeyində deyilir.

Milli Şura aprelin 10-da Bakıda Məhsul stadionunda keçirəcəyi mitinqdə iştirak etmək üçün növbədənkənar prezident seçkilərində iştirakdan imtina edən qurumlara, o cümlədən REAL-a müraciət edib.

RAEL bildirir ki, sərbəst toplaşmaq hüququ xalqın, vətəndaşların fundamental, konstitusiyada təsbit olunmuş hüquqlarından biridir.

“Mitinqləri, kütləvi aksiyaları təşkil etmək siyasi təşkilatların fəaliyyət istiqamətlərindən biridir, hər bir təşkilatın kütləvi aksiyalar keçirmək hüququ var.

REAL təşkilatı yarandığı ilk gündən bütün qərarları kollektiv şəkildə, ciddi müzakirələrdən sonra verir, elə bu dəfə də cox ciddi, hərtərəfli müzakirələrdən sonra REAL təşklatı Milli Şuranın təşkil etdiyi mitinqlərdə qurum olaraq, təşkilatçılarından biri kimi iştirak etməyəcək, amma üzvlərimizin kütləvi tədbirlərdə öz vətəndaş hüquqlarından istifadə etmələrini öz qərarlarına buraxacaq.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Real hərəkatı 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-09-2018 22:22



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com