Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Mart

2018
09:18
ATƏT Azərbaycana 310 müşahidəçi göndərəcək

ATƏT Azərbaycanda aprelin 11-də keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün missiya göndərilməsini tövsiyə edib.

FaktXəbər-in məlumatına görə, bu haqda ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun fevralın 21-22-də Bakıya səfərinin yekunları ilə bağlı hesabatında bildirilir.

12-səhifəlik hesabatda ölkədəki ictimai-siyasi durum, qanunvericiliyin vəziyyəti, onun tətbiqi təhlil edilir.

Hesabat hakimiyyət nümayəndələri, parlament üzvləri, siyasi partiyalar, vətəndaş cəmiyyəti və mətbuat təmsilçiləri ilə görüşlər və danışıqların əsasında yazılıb.

Hesabatın rəy və tövsiyələr bölməsində deyilir ki, missiyanın Bakıda müzakirə apardığı şəxslərin əksəriyyəti DTİHB-nin növbədənkənar seçkilərlə bağlı monitorinqinin önəmli olduğunu qeyd ediblər.

Sənəddə deyilir ki, dövlət qurumlarının nümayəndələri isə seçki prosesinin şəffaf və beynəlxalq demokratik seçki standartlarına uyğun keçiriləcəyini bildiriblər. Onlar ATƏT DTİHB-nin müşahidələrini və seçki prosesinin yaxşılaşdırılmasına dair istənilən potensial tövsiyələrini alqışlayıblar.

DTİHB hesab edir ki, seçki qanunvericiliyinin reallaşması, seçki administrasiyasının effektivliyi və qərəzsizliyi, seçki kampaniyasının keçirilməsi, əsas azadlıqlara əməl olunması, seçkilərin KİV-də işıqlandırılması, səslərin hesablanması da daxil olmaqla, seçki prosedurunun idarə edilməsi kimi məsələlərə xüsusi diqqət yetirmək lazımdır.

DTİHB seçkiləri müşahidə etmək üçün missiya göndərilməsini tövsiyə edib. Qurum əsas ekspertlər qrupuna əlavə olaraq ATƏT ölkələrindən 30 uzunmüddətli və 280 qısamüddətli müşahidəçi istəyəcək. Onlar ölkə boyunca seçki prosesini və seçkilərin özünü müşahidə edəcəklər.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : prezident seçkiləri 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-09-2018 22:40



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com