Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Mart

2018
16:15
İsa Qəmbərin beyninə qan sızıb?

Musavat Partiyasının keçmiş başqanı İsa Qəmbər hemorragik insult keçirib və onun beyninə qan sızıb.

FaktXəbər-in məlumatına görə, bu barədə "Virtualaz"-a Səhiyyə Nazirliyindəki mənbələrdən bildirilib.

Bakı həkimlərinin müşayiəti ilə İsa Qəmbər Ankara klinikalarından birinə müalicəyə göndərilib.

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı isə bildirib ki, İsa Qəmbərin sağlamlıq durumu tam normaldır: "Tibbi müanilərin nəticələri onun səhhətində heç bir ciddi problemin olmadığını göstərib."

Xatırladaq ki, bir müddət əvvəl İsa Qəmbərin səhhətində problemlər yaranmış və o, Mərkəzi klinik Xəstəxanaya yerləşdirilmişdi. Onun həkiminin sözlərinə görə, İsa Qəmbər infarkt keçirmişdi. Onun ürəyinə bir neçə stent qoyulmuşdu.

İ.Qəmbər fevralın 23-də yenidən Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilmişdi.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : İsa Qəmbər 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-12-2018 10:26



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com