Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Mart

2018
08:39
Həkim: Neymar 3 ay oynaya bilməyəcək

PSJ-nin baş məşqçisi Unai Emeri hücumçusu Neymarın əməliyyat olmayacağını, "Real Madrid"lə oyunda meydana çıxa biləcəyini söyləmişdi.

FaktXəbər-in məlumatına görə, bundan sonra Neymarın atası məsələyə sərt reaksiya verərək, oğlunun Braziliya Milli Komandasının həkimləri tərəfindən müalicə ediləcəyini söyləmiş və oğlunun aprelin sonuna qədər yaşıl meydanda olmayacağını açıqlamışdı.

Neymarın atasının dərt açıqlamasından sonra PSJ braziliyalı ulduz futbolçunun sağlamlıq vəziyyətinə dair yazılı bəyanat vermişdi.

Açıqlamada həkimlərin apardığı tədqiqlər nəticəsində ötən həftənin sonu liqa oyununda zədələnən Neymarın bu həftə sonu Braziliyada əməliyyat olunacağı bildirilmişdi.

Neymarı müayinə edən braziliyalı həkim Rodrigo Lasmar oyunçunun vəziyyəti haqqında fikrini açıqlayıb. O, Neymarın vəziyyətinin yaxşılaşması üçün 2,5 - 3 ay lazım olduğunu söyləyib və ayağında əzilmədən əlavə sınıq da olduğunu deyib.

Neymarın sabah əməliyyat olunacağı gözlənilir.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Neymar 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-09-2018 22:22



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com