Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 Mart

2018
16:57
1767
WhatsApp-dan sevindirici yenilik

Dünyanın ən çox istifadə edilən mesajlaşma proqramı WhatsApp, AppStore-da təqdim etdiyi 2.18.30 aktuallaşdırması ilə tətbiqin iOS versiyasını yeniləyib. Yeniləmə, iOS istifadəçiləri üçün yeni bir xüsusiyyət əlavə edərkən eyni zamanda gələcək xüsusiyyətlərin də ipuclarını göstərib.

2.18.30 aktuallaşdırması ilə birlikdə WhatsApp iOS versiyası Instagram-dakılara oxşar zaman və mövqe çıkartmaları gəlib. Artıq iOS istifadəçiləri WhatsApp üzərindən hər hansı bir video, fotoşəkil ya da GIF göndərdikləri sırada 'smaylik' düyməsinə toxunaraq göndərilənlərin üzərinə zaman ya da mövqeyi göstərən çıxartmalar əlavə edə bilərlər.

Tətbiqin spam mesajları ilə dolub daşmasına maneə törətməyi məqsəd qoyan WhatsApp, yeni bir xüsusiyyət üzərində çalışır. 2.18.30 yeniləməsinin kodlarında olan xüsusiyyətə görə istifadəçilər başqa bir söhbətdən istiqamətləndirilərək özlərinə göndərilən ismarıcların üzərində 'ötürülən mesaj' şəklində bir xəbərdarlıq görəcəklər.

May ayında qüvvəyə girəcək AB Ümumi Məlumat Qoruma müdiriyyəti lazımınca WhatsApp, tətbiqin 'hesab ayarları' hissəsinə istifadəçilərin WhatsApp serverlərindən məlumatların hesabatını endirməsini təmin edən bir düymə əlavə edəcək. Beləcə istifadəçilər, WhatsApp tərəfindən istifadə edilən məlumatları haqqında fikir sahibi ola biləcəklər.

Bununla birlikdə WhatsApp, qrup səsli danışıqlar üzərində də işlərinə davam edir. Yenə 2.18.30 aktuallaşdırması kodlarının içində olan göstərişlər nəticəsində kəşf edilən xüsusiyyətə görə WhatsApp, səsli danışıqlar zamanı görüşməyə adam əlavə edə biləcəyimiz yeni bir xüsusiyyəti inkişaf etdirmə mərhələsindədir.

Unutmayın ki zaman və mövqe çıkartmaları xaricində digər xüsusiyyətlər, hələ inkişaf mərhələsindədirlər. Yeni xüsusiyyətlərin proqrama nə zaman gələcəyi ya da gəlib gəlməyəcəyi haqqında qəti bir məlumat yoxdur. Lakin xüsusilə spam mesajları və qrup səsli görüşmə mövzusunda bir xüsusiyyətin irəliləyən dövrlərdə gəlməsinə qəti gözüylə baxılır./Teach.az

Məqalədə : WhatsApp 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-04-2018 08:23

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com



Рейтинг@Mail.ru

DMCA.com Protection Status