Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 Mart

2018
08:59
Rəsədxana: 2050-ci ilə qədər asteroidlərin Yerlə toqquşma ehtimalı milyonda birdir

Aparılan araşdırmalar göstərir ki, 2050-ci ilə qədər asteroidlərin Yerlə toqquşma ehtimalı milyonda birdir.

FaktXəbər-in məlumatına görə, bunu Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov Trend-ə açıqlamasında bildirib.

X.Mikayılovun sözlərinə görə, 2050-ci ilə qədər asteroidlərin Yerlə toqquşması ehtimalı yoxdur. 2050-ci ilədək Yer üçün heç bir təhlükə gözlənilmir. 2050-ci ildən sonra isə ehtimal təxminən 1000-də birdir. Yəni 1000 asteroiddən biri Yerlə toqquşa bilər".

Asteroidlərin yaxınlaşması ilə vulkanların püskürməsi, sunaminin baş verməsi arasında əlaqənin olması barədə iddialara cavab verən X.Mikayılov qeyd edib ki, asteroidlərin Yerə yaxınlaşması heç bir vulkanik proseslərə, sunamilərin baş verməsinə təsir göstərmir:

"Vulkan püskürməsi onun daxilində toplanıb qalmış enerjinin püskürməsi nəticəsində baş verir. Yaxud 40 metr ölçüsündə olan göy cismi okeana düşərsə, orada necə sunami yarada bilər ki?! Okeana gərək min kilometrlərlə ölçüsü olan göy cismi düşsün ki, sunami hadisəsi baş versin".

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : asteroid 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-11-2018 23:35



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com