Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Fevral

2018
10:12
Bakı Metropoliteni yeni tipli turniketlər quraşdırır

“Bakı Metropoliteni” QSC-də təchizatın müasir standartlar səviyyəsində qurulması və buna uyğun olaraq, kadr potensialının gücləndirilməsi, beynəlxalq təcrübənin artırılması məqsədilə daha bir istiqamətdə mühüm addım atılır.

Bu barədə qurumun açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, Türkiyənin “KentKart EGE Elektronik” şirkəti ilə imzalanmış müqaviləyə əsasən, metropolitenin yenidənqurulan stansiyalarının vestibüllərində avtomat buraxılış-nəzarət məntəqələrində (ABNM) yeni tipli turniketlər quraşdırılır. Bu günlərdə yeni alınan qurğuların idarə edilməsi sistemlərinin proqram təminatının daha da dərindən öyrənilməsi məqsədilə metropolitenin bir qrup əməkdaşı Türkiyənin İzmir şəhərinə ezam olunub. Təlim-tədris prosesinin daha məhsuldar və keyfiyyətlə təşkil edilməsi məqsədilə səfər iki qrupda təşkil edilib.

Birinci səfər zamanı əməkdaşlar ABNM-lərin ümumi iş prinsipi, turniketlərin nəzarət blokunun proqram təminatı və digər iş prinsipləri, turniketlərin mexanizminin, optik ötürücünün tənzimlənməsi və proqramlaşdırılmasının, turniket validatorunda mümkün nasazlıqların aradan qaldırılmasının öyrənilməsində yaxından iştirak edib, fikir və təcrübə mübadiləsi aparıblar.

Metropolitençilər şirkətin informasiya və kommunikasiya texnologiyaları əməkdaşlarının keçdiyi təlimdə də iştirak ediblər. Təlimdə turniketlərdə sistem və inzibati əməliyyatların tətbiqi, validatorda tarifin dəyişdirilməsi, yeni turniketlər quraşdırıldıqda və yaxud əlavə edildikdə onların proqramlaşdırılması və bazaya əlavə olunması kimi məsələlər geniş müzakirə olunub.

İkinci qrupa daxil olan əməkdaşlar təlimlərdə qeyd olunan biliklərin mənimsənilməsi ilə yanaşı, texniki prosesin tətbiqini, o cümlədən turniketlərin validatorlarının LED panelinin dəyişdirilməsi və quraşdırılması, mexanizmlərin tənzimlənməsi və təmiri prosesini mənimsəyiblər. Təlimlərə qatılan əməkdaşlara “KentKart EGE Elektronik” şirkəti xüsusi sertifikatlar təqdim edib.

Qeyd edək ki, 8 avqust 2015-ci il tarixindən metroda vahid ödəniş kartlarının istifadəsinə başlanılıb. Metropolitenin yenidən qurulan stansiyalarında müasir tələblərə cavab verən turniketlərin quraşdırılması prosesi də davam etdirilir. Aparılan təhlillərə əsasən, gur saatlar, xüsusən də kütləvi-mədəni tədbirlərin təşkili zamanı “Sahil”, “Gənclik” və “Koroğlu” stansiyalarında sərnişinlərin rahatlığını təmin etmək məqsədilə, ABNM-lərdə əlavə turniketlər quraşdırılıb. Təmir olunan “Xətai” və “Bakmil” stansiyalarında müvafiq turniketlərin quraşdırılması nəzərdə tutulub. Sərnişin axınının təhlillərinə əsasən, gələcəkdə digər stansiyalarda əlavə turniketlərin quraşdırılmasına ehtiyac yaranarsa, bu tip qabaqlayıcı addımlar atılacaq.

Məqalədə : Bakı Metropoliteni 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

İmtahanlara 2 gün qalıb

20

Aprel
13:04
ELM / TƏHSİL
126

Pakistan və Türkiyə Talibana çağırış edib

20

Aprel
12:31
BÖLMƏNİ DÜZ SEÇ!
125

Birinci siniflərə qəbul bu tarixdən başlayır

20

Aprel
12:11
ELM / TƏHSİL
131

AFFA bəyanat yaydı

20

Aprel
12:03
İDMAN
130

İlham Əliyev Hacıqabuldadır

20

Aprel
12:00
ÖLKƏ
204

Azərbaycan nefti bahalaşır

20

Aprel
10:59
İQTİSADİYYAT
255

Neft yenidən bahalaşıb

20

Aprel
09:47
İQTİSADİYYAT
235

AMB-nin valyuta məzənnələri

20

Aprel
09:19
İQTİSADİYYAT
236

Növbəti buraxılış imtahanları keçiriləcək

20

Aprel
09:09
ELM / TƏHSİL
590

Ramazan ayının 7-ci gününün duası - AUDİO

19

Aprel
20:00
MƏNƏVİYYAT
298
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-04-2021 14:19





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru