Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Fevral

2018
20:46
Gürcüstanda azərbaycanlıların dövlət dilini öyrənməsi üçün innovativ metod hazırlanıb

Gürcüstanda azərbaycanlıların dövlət dilini öyrənməsi üçün innovativ metod hazırlanıb.

Gürcüstan parlamentinin Təhsil, elm və mədəniyyət məsələləri üzrə komitəsində keçirilən görüşdə müvafiq layihənin təqdimatı keçirilib.

Layihənin tərəfdaşı olan Gürcüstanın Azərbaycanlı Fəal Qadınlar Birliyinin sədri Gültəkin Mustafayeva bildirib ki, innovativ metodun ilk olaraq azərbaycanlıların yaşadığı bölgələrdə, əsasən kənd yerlərində tətbiqi nəzərdə tutulub: “Vizual və digər effektlərin tətbiq olunacağı metod vasitəsilə gürcü dilini öyrənmək daha maraqlı və əyləncəli olacaq. Layihə yalnız məktəblilər üçün deyil, gürcü dilini öyrənmək istəyən hər kəs üçün nəzərdə tutulub. Vizual effektlərə görə gürcü dilini öyrənənlər onu daha yaxşı mənimsəyə biləcəklər”.

Təhsil, elm və mədəniyyət məsələləri üzrə komitənin sədri Mariam Caşi innovativ metodu müsbət qiymətləndirib. Layihəni maraqlı təşəbbüs adlandıran M.Caşi onun pilot layihə olaraq Kvemo Kartli bölgəsində tətbiq olunmasının mümkün olduğunu bildirib: “Layihəyə Marneulidə start vermək olar və rayon bələdiyyəsi onun tətbiq edilməsində fəal olmalıdır. Gələcəkdə layihəni məktəb kitabxanalarında da həyata keçirmək olar”. (APA)

Məqalədə : Gürcüstan azərbaycanlı 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
47922

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
45992

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
47640

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
47211

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
52798

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
46832

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
47274
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-10-2020 01:36





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru