- Aktual mövzular :
- Azərbaycan
- Rusiya
- Qarabağ
- Venesuela
Xəbər Lenti
İnfoqrafika
Arxiv
Yazar

Natəvan Baxşiyeva
Həyata məna qatan nədir?
İntiharların son zamanlarda aktual mövzuya çevrildiyini nəzərə alaraq, bir müddət öncə “İntihar etmək istəyən dostuma...” başlıqlı bir məqalə yazmışdım. Oxuculardan birinin maraqlı sualı məni hazırkı yazını yazmağa vadar etdi. Cavab verməzdən öncə həmin şəxsə təşəkkürümü bildirmək istərdim.
Sual isə belə idi:
Bəs inancsız nə etsin?!
“Yazıdakı məsləhətlər inanclı birisi üçün keçərli ola bilər, ən uzağı... Bəs inancsız biri nə etməli? Onu necə yaşama bağlamaq olar? Bu haqda nə kimi tövsiyələr ola bilər, görəsən?! Yatmaqla düşüncəni insan özündən necə uzaqlaşdıra bilər? Zatən, oyanandan sonra yenə də həmin düşüncələr bir kabus kimi səni narahat etməyə davam edəcəkdir... Sayğılar...”
İlk öncə oxucuya təşəkkür edirəm.
Gözəl sualdır. Dolğun cavablandırmaq üçün ikinci məqalə yazmaq gərək. Bilirsiz, bu nəyə bənzəyir? Sanki soruşsaz ki, ümidsiz insana necə təsəlli verək? Deyərəm, ümid verməklə... Dərmansız xəstəni necə sağaldaq? Dərman verməklə... Duzsuz yeməyə necə dad qatmaq olar? Duz əlavə etməklə...
Sizin sualınıza da belə cavab verərdim: inancsız insanı intihardan ona inanc verməklə xilas etmək olar... Çunki həqiqətən, hər şeyə məna qatan inancdı... Ümumiyyətlə, həyata baxışın düzgün olması üçün insanın inancı düzgün olmalıdır.
İnsan daim düşünməlidir: “Haradan gəlib? Haradadır? Hara gedəcək?” Bu üç sual onun əqidəsini formalaşdırır. Bir insan heç bir YARADANIN, sorğu-sualın olmadığını düşünsə, ona hər şey mənasız gələcək. Yaşamaq mənasızdır. Yaxşı ya pis olmağın fərqi qalmır. Cəngəllik həyatı kimi olur həyat… Boşuna əzab çəkmək nəyə lazımdır? Kimə görə səbr etsin? HEÇ KİM...
Əgər hansısa bir dəyərli insan, sevdiyi şəxs varsa, o kəsin bu intihardan sonra nələr çəkəcəyini xatırladıb, bəlkə də çəkindirmək olardı… Amma, “bir az əzab çəkib, unudar”, - deyə düşünsə, bu da insanı saxlamaya bilər…
Allaha inam həyata məna verir. Bir çoxlarını intihardan saxlayan elə məhz cəhənnəm qorxusu, Allahın qəzəbindən çəkinmək olur. İnsan çətinliklərin məhz RAHATLIĞA aparan yol olduğunu anlasa, dözmək də daha asan olar… Həyat ağ-qara zolaqlardan ibarətdir… Daim yaxşı ya daim pis olmur… İnsanlar adətən intiharı səbr edə bilmədiklərini düşündükləri anda edir. Halbuki bir neçə gün (ya hətta saat) səbr etsələr, artıq o qədər də ölümə tələsməyəcəklər…
YATMAQ məsələsini də, yarı zarafat olsa belə, məhz buna görə deyirəm. Yuxu sanki yorucu həyata “reklam fasiləsi” kimidir . Beyin dincəlir, zaman qazanır və daha yaxşı düşünməyə çalışır… Sınaqdan keçirin. Yatıb-durduqda problemlər əvvəlki qədər dəhşətli görsənmir. Bəzən də yuxu kimi gəlir. Problemlərdən qaçmaq yox, onları HƏLL ETMƏYƏ ÇALIŞMAQ lazımdır… Güclü insan HEÇ YIXILMAYAN insan deyil, yıxıldıqda AYAĞA QALXA BİLƏN insandır… Güclü ya da zəif olmaq isə öz seçimimizdir…
Keçək Allahın varlığı məsələsinə. Bu bəhs artıq bir məqaləyə sığmayacaq qədər genişdir. Ümumiyyətlə, Yaradanın olması zəmanəmizdə o qədər aşkardır ki, bunu anlamaq üçün sadəcə ağıl işlətmək gərəkdir. Ən sadə bir sübüt isə dünyadakı nizamdır. Hüceyrədən tutmuş, sonu bilinməyən kosmosa kimi… Bir kitabın hərflərin təsadüfi toplumundan əmələ gəldiyini, bir gözəl qadın şəklinin boyaların təsadüfi qarışığından düzəldiyini qəbul etməyən ağıl, necə bu qədər dəqiqliklə ölçüb-biçilmiş kainatın təsadüfən peyda olduğunu qəbul edə bilər?!.
Tixomir Dimitrovun “Onlar Allaha İnanırdılar: 50 Nobel mükafatçısı” kitabı bir çox alimlərin Allaha inancı olduğunu sübut edən sitatlar toplumudur.
Məsələn, ilk olaraq, dahilər sırasında adı çəkilən Albert Eynşteynin bu sözlərini yazmaq istərdim:
"İnsan təbiətin sirlərinə nə qədər dərindən nüfuz edirsə, Tanrıya bir o qədər çox heyran olur… Dinsiz elm axsaq, elmsiz din kordur… Həqiqi din - əsl həyatdır”.
Və yaxud fizika üzrə Nobel mükafatı laureatı Maks Plank deyib:
“Təsadüfi deyil ki, bütün dövrlərin ən dahi mütəfəkkirləri qatı dindar insanlar olublar”.
Fizika üzrə daha bir Nobel mükafatı laureatı Robert Millikenin bu sözləri də maraqlıdır:
“Mən təsəvvür edə bilmirəm ki, əsl ateist necə alim ola bilər… Əksər dahi alimlər dərindən dindar insanlar olublar ki, bunu onların həyatı da sübut edir: ser İsaak Nyuton, Maykl Faradey, Ceyms Klerk Maksvell, Lui Paster… Həyatda hər şeydən vacib mənəvi və ruhi dəyərlərə, həyatın əhəmiyyətə və mənaya malik olduğuna inanmaq, bizim harasa getdiyimizə inanmaqdır! Bu alimlərdə bu cür inam olmasaydı, onlar çətin ki belə dahi olardılar”.
Fizika üzrə Nobel mükafatı laureatı Çarls Tauns isə deyir:
“Din kainatın məqsədini, elm isə onun təbiətini və xarakteristikasını başa düşmək cəhdidir, çünki elm və din bir-biri ilə sıx əlaqəlidir… Elm kainatın quruluşunu, din isə onun mənasını başa düşməyə can atır. Elm və dini bir-birindən ayırmaq qeyri-mümkündür”.
Sonuncu sitatı isə Fizika üzrə Nobel mükafatı laureatı Artur Şavlovdan gətirmək istərdim:
“Mənə elə gəlir ki, kainatın və həyatın möcüzələri qarşısında təkcə “necə” deyil, həm də “niyə” sualını vermək lazımdır. Bu suala yalnız din cavab verir… Dünya o qədər heyrətamizdir ki, mən onun guya sırf təsadüf nəticəsində meydana gəldiyini təsəvvür belə edə bilmirəm”.
Əlbəttə, alimlərin etirafları bunlarla bitmir, lakin bundan artıq oxucuları yormaq istəmirəm. Maraqlananlar kitabın özünə müraciət edə bilərlər. Məncə, düşünən biri üçün elə bunlar da kifayət edər.
Nə isə… Mövzu çox genişdi. Ümid edirəm, fikirlərimi çatdıra bildim…
Uzun sözün qısası, Allah olmasaydı, bu qədər zülmlə, ədalətsizliklə dolu dünyada heç mən özüm də yaşamaq istəməzdim . Ona görə də inancsız birinə bir yol göstərmək qüdrətimdən xaricdir…
- 20-02-2019 09:16 Fransanın "sarı gödəkcəlilər" dalanı - ANALİZ
- 14-02-2019 14:59 Qərblə Rusiya növbəti “rinq”i hansı ölkədə quracaq?
- 11-02-2019 14:29 Mələkləri qətlə yetirən Səud rejimi qana doymur
- 09-02-2019 12:29 “Erməni arzusu”na çevrilməkdə olan “Gürcü arzusu”
- 07-02-2019 16:48 İraqda ABŞ-a qarşı silahlı üsyan baş verə bilər- ANALİZ
- 06-02-2019 15:09 Venesuelada baş verənlər nəyi isbatlayır?
- 06-02-2019 10:49 ABŞ-ın xaotik Yaxın Şərq siyasəti - ANALİZ
- 24-01-2019 16:19 Gücün şəhvətinə düçar olanlar - Venesuela
- 19-01-2019 12:30 Ermənistan Bakı-Tiflis-Qarsa qoşulmaq istəyir - blokadanın sərt diktəsi
- 18-01-2019 11:47 Paşinyan Sarqsyana niyə toxunmur?
- 15-01-2019 15:54 Suriya müharibəsinin əsas səbəbi hələ də gündəmini qoruyur
- 14-01-2019 16:09 Suriyada səfirliklər açılır: SƏBƏB MƏĞLUBİYYƏTDİR
- 11-01-2019 12:07 Neft ölkələri siyasi risk altında - ANALİZ
- 09-01-2019 14:34 Əfqanıstan - ABŞ imperiyasının tənəzzül simvolu kimi
- 29-12-2018 11:32 Kreml İrəvana yenə “diş” göstərdi - işğalçıya Yeni il öncəsi hədə kimi ismarış
- 21-12-2018 17:01 YƏMƏN - Səudiyyənin gələcəyi üçün şah damarı
- 21-12-2018 09:34 Bayram Səfərovla bağlı qərarın SƏBƏBİ
- 20-12-2018 13:12 ABŞ-ın "terrorla mübarizə" adı ilə növbəti hədəfi: AFRİKA
- 20-12-2018 09:01 Proqnoz: 2019-cu ildə dünyada quraqlıq və aclıq artacaq
- 12-12-2018 15:22 "Nyu York Tayms": Yəməndə ABŞ istehsalı olan faciə yaşanır
- 10-12-2018 11:20 Sözün məsuliyyəti və manatın məzənnəsi
- 08-12-2018 12:30 Qərb istismarı tarixinin utanc səhifələri: “İnsan zooparkları”
- 06-12-2018 11:30 Bakı metrosunda gördüklərimiz və ya Afina heykəllərinə qayıdış?
- 01-12-2018 11:20 Ermənistanın taxıl blokadası başladı - İrəvanın Zurabişvili ümidi
- 30-11-2018 16:25 Sabahının sual altında olduğu düşünülən bugünkü Rusiya