Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Fevral

2018
14:43
YPG və Suriya arasında razılaşma: Kürdlər 48 saata təslim olacaq

Suriyanın Hələb şəhərində 10 bölgənin ordu qüvvələrinin nəzarətinə verilməsi barədə razılıq əldə olunub. FaktXəbər-in verdiyi məlumata görə, bu barədə "Awene"'nin portalı məlumat yayıb.

Bildirilir ki, YPG' yaraqlıları və Suriya rəhbərliyi arasında vasitəçiliyi İran həyata keçirib. Dünən gecə əldə olunan razılaşmaya əsasən, 48 saat ərzində 10 rayon YPG nəzarətindən çıxaraq Suriya ordusunun kontroluna keçəcək.

***

Suriya ordusu Hələb şəhərinin mərkəzinə yaxın mövqedə YPG terrorçularının nəzarətində olan bölgəyə daxil olub. FaktXəbər-in verdiyi məlumata görə, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Bildirilir ki, Bəşər Əsəd hökumətinə bağlı qüvvələr kürd yaraqlıların nəzarətində qalan Hələb şəhərinin əl-Hələk, Bəni Zaid və Bustan əl-Bəşə məntəqələrini azad edib.
 
Ordu qüvvələri hazırda YPG-nin nəzarətində olan Hələbin şimalındakı məntəqələrə tərəf irəliləyir.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Suriya ordusu 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-12-2018 07:14



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com