Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Fevral

2018
08.24
Azərbaycanlı terrorçuların 15 uşağı İraqda qalıb

İraqda valideynlərini hərbi əməliyyatlar zamanı itirmiş 15-ə yaxın azərbaycanlı uşaq var.

RİA Novost agentliyinin məlumatına görə, bu barədə Rusiya Federal Məclisinin Federasiya Şurasının üzvü, Çeçenistan rəhbərinin Yaxın Şərq və Şimali Afrika ölkələrindəki nümayəndəsi Ziyad Sabsabi bildirib.

Onun sözlərinə görə, hazırda İraqda Tacikistandan ən azı 10-12, Azərbaycandan isə təqribən 15 uşaq var.

Ziyad Sabsabi bildirib ki, söhbət 7-8 yaşı olan uşaqlardan gedir: “Əvvəllər biz MDB vətəndaşlarını da İraqdan gətirə bilirdik, lakin bu sonradan qadağan olundu. Rusiya qanunlarına görə, biz xarici ölkə vətəndaşlarının qaytarılması hüququna malik deyilik”.

Qeyd edək ki, fevralın 21-də Bağdaddan Moskvaya Dağıştanlı oğlan uşağı gətirilib. Onun İŞİD-ə qoşulan atası həlak olub, anasının yeri isə müəyyənləşdirilməyib. 

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : İraq 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-12-2018 19:54



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com