Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Fevral

2018
12:51
Təmizlik vasitələri siqaret qədər zərərli imiş

Təmizlik məhsullarının mütəmadi istifadəsi insana gündə bir paket siqaret çəkmək qədər zərər verir. FaktXeber.com-un Newsweek-ə istinadla məlumatına görə, bu barədə Norveçin Bergen Universitetinin elm adamları bildiriblər.

Araşdırmaçılar təqribən 20 ildir təmizlik vasitələri istifadə edən, 34 yaşlarında 6 min nəfəri yoxlayıb. Araşdırmanın nəticəsində  mütəmadi olaraq təmizlik vasitələrindən istifadə edənlərdə gündə 20 siqaret çəkən insanlar kimi ağciyər funksiyasının azaldığı görünür. Bundan başqa astma halları daha sıx rast gəlinib.

Elm adamları  kimyəvi maddələrin yerinə  mikrofiber bezlər, su, sirkə kimi təmizləyici istifadəsini tövsiyə edir.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-09-2018 23:47



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com