Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Fevral

2018
14:08
Putin Netanyahunu Suriyanı bombalamağa qoymayıb

İsrailin "F-16" qırıcısının Suriyada vurulmasından sonra region genişmiqyaslı müharibənin astanasındadır. FaktXəbər-in verdiyi məlumata görə, bu sözləri CNN-ə müsahibəsində israilli ekspert Ronan Berqman bildirib.

O, əlavə edib ki, Moskvanın anında müdaxiləsindən sonra Təl-Əviv Suriyaya qarşı müdaxilələrdən vaz keçib.
 
Berqman deyib ki, İsrailin baş naziri Benyamin Netanyahu döyüş təyyarələrinə Suriya üzrə bütün hərbi obyektlərə zərbə endirmək barədə göstəriş versə də, Rusiya prezidenti Vladimir Putinin zəngindən sonra bu müdaxiləni dayandırıb. Putin Netanyahu ilə telefon əlaqəsi yaradaraq onun Suriyaya zərbə endirməyi dərhal dayandırmağı tapşırıb. Bundan sonra Netanyahu döyüş əmrini ləğv edib.

İsrailli ekspert əlavə edib ki, baş verənlər bir daha göstərib ki, Yaxın Şərqdə lider Amerika deyil, məhz Rusiyadır.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Putin 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-12-2018 02:39



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com