Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Fevral

2018
10:21
1952
Azərbaycanda evlənən hər 4 nəfərdən 1-i boşanır

2017-ci ildə Azərbaycanda qeydə alınan nikahların və boşananların sayı açıqlanıb.

Dövlət Statistika Komitəsindən FaktXəbər-ə verilən məlumata görə, 2017-ci ildə ölkədə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 62923 nikah və 14514 boşanma halı qeydə alınıb.

Bildirilib ki, əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,5, boşanmaların sayı isə 1,5 olub.

2017-ci ildə Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 3073 nəfər gələn və 1901 nəfər ölkədən gedən qeydə alınmış, miqrasiya saldosu müsbət 1172 nəfər təşkil edib.

Məqalədə : boşanma 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-06-2018 07:27



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com