Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Fevral

2018
16:12
867
Türkiyədə 7 iş adamı həbs olunub

Türkiyənin İstanbul şəhər polisi 7 iş adamının həbsini həyata keçirib. FaxltXəbər-in "Hürriyet" qəzetinə istinadən verdiyi məlumata görə, biznesmenlər Fətullah Gülənin təlimatı ilə "Bank Asiya"ya 7 milyon 400 min TL yatırdıqları üçün saxlanılıblar.
 
İstanbul Maliyyə Cinayətlərlə Mübarizə Şöbəsinin apardığı araşdırma zamanı məlum olub ki, İstanbul İxracat İttifaqı 27 yanvar 2014-cü ildə 3 milyon 600 min TL, 17 iyun 2014-cü ildə isə 3 milyon 800 min TL banka maliyyə yatırıb.

Saxlanılan iş adamlarının hamısı ittifaqın üzvləridir. Onların arasında ittifaqın rəhbəri Zəkəriyyə Mete də var.

İstanbul polisi əlavə olaraq 1 nəfərin həbs olunması üçün axtarışların davam etdiyini bildirib.

Məqalədə : İstabul 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-05-2018 14:01

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com



Рейтинг@Mail.ru

DMCA.com Protection Status