Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Fevral

2018
11:59
Saakaşvili: Mən Ukrayna və Gürcüstana qayıdacağam

Gürcüstanın eks-prezidenti, Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili Kiyev və Tiflisə yenidən qayıdacağını bildirib. FaktXəbər-in verdiyi məlumata görə, Sakaşvili həmçinin deyib ki, Ukraynadakı oliqarxiya hakimiyyəti tezliklə başa çatacaq.

"Mən Ukraynaya qayıdacam, çünki orada yaşamaq üçün qanuni hüququm var. Mən Gürcüstana da qayıdacağam. Oliqarxiya hakimiyyəti təsəvvür olunandan daha tez başa çatacaq",-deyə Saakaşvili "Rustavi 2" telekanalının efirində danışıb.
 
Xatırladaq ki, Saakaşvili ötən gün keçirilən əməliyyat zamanı Ukrayna təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və qeyri-qanuni ölkə ərazisinə daxiil olduğu Polşaya sürgün edilib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Saakaşvili 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-11-2018 10:44



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com