Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Fevral

2018
11:23
Bu axşam Ronaldu Neymarla qarşılaşacaq

Bu gün UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsində növbəti oyunlar keçiriləcək.

FaktXəbər-in məlumatına görə, turnirin son qalibi “Real Madrid” doğma meydanda PSJ-ni qəbul edəcək. Bu komandalar indiyədək beş dəfə qarşılaşıblar. Bu oyunların üçündə İspaniya klubu qələbə qazandığı halda, birində PSJ üstün olub. Bir dəfə isə görüş qolsuz bərabərliklə yekunlaşıb. Görüş Ronaldu-Neymar dueli kimi qiymətləndirilir.

Günün digər görüşündə isə “Liverpul” səfərdə “Porto”nun qonağı olacaq. İndiyədək iki dəfə üz-üzə gələn komandaların görüşünün biri heç-heçə, digər oyun isə ingilislərin qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, oyunlar Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Real - PSJ (AzTV, Match! TV, Match! Futbol 2, Tivibu Spor 2)

Portu - Liverpul (İdman Azərbaycan, Match! Futbol 1, Tivibu Spor 3)

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Çempionlar Liqası 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-11-2018 06:38



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com