Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Fevral

2018
14:19
Putin gözlənilmədən bütün tədbirləri təxirə salıb

Rusiya prezidenti Vladimir Putin  bütün kütləvi tədbirləri təxirə salıb. FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə  Dojd telekanalı bir neçə mənbəyə  istinadla xəbər yayıb.

Qeyd edək ki, dünən prezidentin mətbuat katibi Dmitriy Peskov  Vladimir Putinin soyuqladığını bildirmişdi. 

Bəzi mənbələrdə isə bunun Suriya ilə bağlı olduğun deyilir.

Kremlə yaxın 3 mənbə Putinin 2 tədbiri ləğv etdiyini bildirib. Telekanal onu da bildirir ki, bazar ertəsi günü Putin Soçiyə yola düşməli idi. Lakin bazar günü axşamı səfərin təxirə düşmüşdü. Sonradan bunun An-148 təyyarəsinin qəzaya uğraması ilə əlaqələnədirilmişdi.

Bazar ertəsi günü «Rusiya liderləri» müsabiqəsinin finalçıları ilə görüşmüşdü. Lakin orda səsinin batdığı üçün üzr istəmişdi. Peskov Putinin soyuqladığını, lakin qrafikində heç bir dəyişiklik olmayacağını demişdi.

Mənbələrdən biri isə təldbirlərin təxirə düşməsinin soyuqdəymə ilə yox, Suriyadakı bəzi məsələlər ilə bağlı  olduğunu bildirib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Putin 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-12-2018 05:31



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com