Bu ölkədə dişləri xarab olanı hərbiyə götürmürlər

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Fevral

2018
09:54
2136
Bu ölkədə dişləri xarab olanı hərbiyə götürmürlər

Latviya Silahlı Qüvvələrində peşəkar hərbi qulluqçu çatışmazlığı yaranıb. FaktXəbər-in "Delfi" portalına istinadən verdiyi məlumata görə, bu barərə Milli Silahlı Qüvvələrin komandanı Leonid Kalninş məlumat verib.

O, bildirib ki, ordu sıralarına daxil olmaq istəyənlərin sayı çox olsa da, dişlərinin yaxşı vəziyyətdə olmaması buna maneə yaradır: "Müalicəyə ehtiyaclı insanlar 40 faiz təşkil edir. Bu vəziyyətlə onları hərbi xidmətə götürmək mümkün olmur".
 
Qeyd edək ki, Latviya ordusunda peşəkar xidmət çəkənlərin sayı 5 min nəfərdir. Orduya əlavə olaraq daha 6500 nəfərin cəlb olunması gərəkdir.
 
2004-cü ildən NATO-ya daxil olan Latviyada məcburi hərbi çağırış ləğv edilib. Ölkədə yalnız könüllü hərbi xidmət aparmaq mümkündür. 2018-ci il üçün peşkar hərbçilərin aylıq məvacibi 850 avro (1775 AZN) təşkil edir.

Məqalədə : ordu 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-08-2018 01:24



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com