Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Fevral

2018
14:42
1122
“Azeri Light” ksəskin uculaşıb

Azərbaycan neftinin qiyməti ucuzlaşır.

FaktXəbər-in nəlumatına görə, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,41 dollar ucuzlaşaraq 65,20 dollar olub.

Ümumilikdə isə xam neftin qiyməti 2016-cı ilin yanvar ayından indiyədək ən yüksək həftəlik itki ilə üzləşib.

Belə ki, ABŞ-ın neft istehsalının, eləcə də ölkədəki neft quyularının sayının kəskin artması nəticəsində qlobal bazarda “qara qızıl”ın qiymətində son 2 ildə ən böyük həftəlik eniş olub. Fevralın 10-da neftin qiyməti 3,4 faiz azalıb.

Ən çox istifadə edilən “Brent” markalı xam neftin qiyməti fevralın 2-9-da 8,7 faiz azalıb. “Light” neftinin qiyməti isə eyni dövrdə 9,8 faiz aşağı düşüb. Beləliklə də, bu həftə hər 2 neft növünün itkiləri 2016-cı ilin yanvarından bu vaxtadək ən yüksək səviyyəyə çatıb.

Xatırladaq ki, qlobal bazarda təklifin çox olması ilə əlaqədar 2016-cı il yanvar ayının 8-15-də “Brent”in qiyməti 13,7 faiz, “Light”ın qiyməti neft isə 11,3 faiz azalmışdı.

Bundan əlavə, “Brent” markalı xam neftin bir barrelinin qiyməti fevralın 9-da 61,78 dollar səviyyəsinə enib, bu isə 2017-ci il dekabrın 7-dən indiyədək ən aşağı səviyyədir. “Light”ın bir barrelinin qiyməti də ötən cümə günü 58,09 dollara qədər geriləyib və 2017-ci il dekabrın 22-dən bu yana ən aşağı səviyyəyə enib.

Analitiklər isə ABŞ-dakı son proseslər fonunda qlobal neft bazarında təklif çoxluğunun yaranacağından narahatdır.

Hazırda “Brent” neftinin bir barreli Londonun ICE birjasında 62,79 dollar, “Light” markalı neftin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 59,20 dollara alıcı axtarır.

Məqalədə : neft 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-05-2018 06:30

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com



Рейтинг@Mail.ru

DMCA.com Protection Status