Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Fevral

2018
16:40
Beyni təmizləyib yenidən yazırdılar - ARAŞDIRMA
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi barədə araşdırma materialı

Əvvəli ötən sayımızda

(III hissə) 

BEYİN TƏMİZLƏMƏ (MK-Ultra)

MKİ insan beyninə nəzarətlə bağlı araşdırmalarının çinlilərin Koreya müharibəsi zamanı əsir düşən amerikalılara tətbiq etdiyi “beyin təmizləmə fəaliyyətləri”nə qarşı müdafiə olduğunu iddia edir.

Qeyd edək ki, Koreya müharibəsində əsir düşən amerikalılar kommunistlərdən gözləmədikləri münasibət görüblər. Çin Xalq Respublikası könüllülərinin əlinə düşən amerikalıların bir qismi gördükləri münasibətlərə görə azad edildikdən sonra ölkələrinə dönməyi rədd edərək, Koreya Demokratik Xalq Respublikası və Çində qalıblar. ABŞ-ın imperialist siyasətini tənqid edən açıqlamalar veriblər.

Tutulan amerikalı pilotlar ABŞ-ı dinc insanlara qarşı bioloji silah tətbiq etməkdə ittiham ediblər. Bu isə o demək idi ki, Çin beyin təmizləmə işlərinə ABŞ-dan əvvəl başlamışdı.

MKİ-nin “davranış yoxlaması” da adlandırılan beyinə hökm etmək sınaqları normal təcrübə vaxtından əlavə bir proqram çərçivəsində 1953-cü ildə daha da sürətləndirildi. MK-Ultra kod adlı proqramla bağlı çoxlu sayda sənəd proqramın idarəçisi olan MKİ rəhbəri Riçard Helms tərəfindən 1973-cü ildə istefa verdikdən sonra məhv edildi. Amma təcrübələr zamanı bir çox iyrəncliklərin baş verdiyi məlumatı sızmışdı.

MK-Ultra sınaqlarına Kaliforniyadakı pis ad çıxarmış  Vakavilli Dövlət Həbsxanasının yüzlərlə məhkumu da daxil edilmişdi. Məhkumlar üzərində heç bir məlumat verilmədən  radiasiya, elektrik şoku, elektrod yerləşdirmə, mikrodalğa, ultrasəs və genişmiqyaslı dərman testləri həyata keçirmişdir.

MKİ beyinə hökm etməklə işgəncələrə davamlı (yaddaş qabaqcadan müəyyənləşdirilmiş siqnala hərəkətə gətirilirdi) və proqramlaşdırılmış sui-qəsdçi yaratmağın mümkünlüyünü gördü. Sirxan Sirxanın senator Robert Kennedini öldürməmişdən öncə MKİ-nin nəzarətində olan bir beyin təmizləyicisi tərəfindən təlim aldığı istiqamətində faktlar var.

MKİ əleyhdarlarını LSD (Kimyəvi tərkibi C20H25N3O) kimi beyini pozan kimyəvi maddələrlə zərərsizləşdirməyin mümkünlüyünü gördü. LSD istifadəsindən o qədər  həvəsləndi ki, 1953-cü ildə dünyada nə qədər varsa hamısını almağa can atdı. Bu illər ərzində MKİ ABŞ-dakı qanuni və qanundankənar LSD-nin ən əhəmiyyətli mənbəyi idi. MKİ-nin nəzarətində olan bir satıcı milyonlarla şəxs üzərində istifadə üçün LSD istehsal etdi.

Nəhayət, etibarsız olduğu ortaya çıxan LSD sınaqları istifadədən çıxarıldı. MKİ LSD sınaqlarını öz agentlikləri də daxil olmaqla minlərlə insanın icazəsi olmadan üstlərində sınadı və intiharlara səbəb oldu. İntihar edənlərin əksəriyyəti MKİ-nin agentləri idi. Bioloji müharibənin mütəxəssislərindən olan bir MKİ səlahiyyətlisi yüksək dozadan sonra özünü 10-cu mərtəbədən ataraq intihar etmişdi. Ailəsi onun ölümünün əsl səbəblərini 22 ildən sonra bildi.

MKİ bundan əlavə çoxlu sayda evlər kirayələrək, oranı fahişələrlə təchiz etdi və birtərəfli güzgülərin arxasından onların kişilərə içdirdikləri müxtəlif dərmanların qurbanları üzərindəki təsirini izlədilər. MKİ mütəxəssislərinin bu testləri 1963-cü ildə ortaya çıxdıqda MKİ-Ultra proqramı dildə ləğv olundu. Həqiqətdə isə adı MK-Search şəklində dəyişdirildi və sınaqlar daha da artırıldı.

MKİ bütün bu testlərin 1973-cü ildə Helmsin dayandırıldığını açıqladı. Deyilənlərə inansaq, onda belə çıxır ki, MKİ sınaqların nəticəsi olaraq nəsə əldə edə bilib.

MKİ-nin CİNAYƏT DOSYASI

Beynəlxalq Hüquq Qanunu ilə  yaradılan MKİ, hələ qanunun mürəkkəbi qurumamış xortdanlar ordusu qanunun boşluğundan istifadə etməyə başladılar. Qanunda MKİ “vaxtaşırı olaraq Beynəlxalq Hüquq Şurası təlimatlarından kənar əməliyyatlar keçirə bilər” deyilirdi. Bu qüsurlu ifadə «beynəlxalq hüquq» adı altında 50 il cinayətlərin həyata keçirilməsi üçün yaşıl işıq yandırdı.

Amerikanın Mərkəzi Kəşfiyyat İdarəsi yaradıldıqdan bir il sonra təşkilatın tərkibində Gizli Əməliyyatlar Şöbəsi yaradıldı. Çevrilişlər həyata keçirən, inqilabçılar hazırlayan, diktatorlar bəsləyən MKİ əməliyyatları da elə həmən il başladı. Dövlət çevrilişi əməliyyatları Beynəlxalq Valyuta Fondunun (BVF) yaradılması ilə daha da sürətləndi.

MKİ sadəcə olaraq Amerika prezidentinə hesabat təqdim edirdi. Bu üstünlüyü ona «başqa vəzifə və funksiyalar» daşımasına icazə verirdi.

MKİ yarandıqdan bu günə kimi 100 mindən artıq çox ciddi cinayətlər həyata keçirib. Fəaliyyətlərini maliyyələşdirmək üçün isə Amerikaya idxal edilən çoxlu miqdarda heroin və kokain ticarəti də daxil olmaqla silah və narkotik qaçaqmalçılığını həyata keçirdi.

Dövlət çevrilişi dedikdə ağla ilk olaraq onların adları gəlir. Beynəlxalq Valyuta Fondu və MKİ ABŞ imperializminin çevriliş əkizləridir. BVF hədəf göstərir, MKİ Amerikanın xeyrinə zərər verən nə qədər hökumət, iqtidar varsa hamısını süquta uğradır. MKİ-nin gizli çevriliş xəritəsi buna görə qap-qaranlıqdır.

MKİ-nin YARATDIĞI TƏŞKİLATLAR

Faşist generalı Gehlenlə birlikdə MKİ-nin yaradıcıları arasında olan Allen Dulles kəşfiyyat , əks-kəşfiyyat, sabotaj, həbs, qətl, çevriliş məqsədi ilə orduya, donanmaya və Federal Təhlükəsizlik Bürosuna (FTB) bağlı 1942-ci ilin iyununda yaradılıb, 1945-ci ilin oktyabrınadək fəaliyyət göstərən Office of Strategic Services (OSS) (Strateji Xidmətlər Ofisi -SXO)  təşkilatından gəlmişdir. Dulles SXO-ya 1942-ci ilin oktyabrında gəlmiş 1945-ci ilin mayınadək təşkilatın Berndəki idarəetmə alayını yaratmışdı. Əlindəki bütün sənədlər və şifrələrlə Amerika tərəfinə keçən faşist Hərbi Kəşfiyyatının Şərq cəbhəsi komandiri və ya Qürbətdə Şərq Ordusu mənasını verən təşkilatın  başçısı general Reynhard Gehlen ilə ilk əlaqə yaradan şəxs Allen Dulles olmuşdur. Bu cütlük bir-birinə bənzəyən dağıdıcı təşkilatları nümunə götürərək xüsusilə faşist gizli polisi Gestaponun və faşist elitar təşkilatı olan SS-in prinsipləri ilə MKİ-ni formalaşdırmışdır. Daha sonra general Reynhard memarlarından olduğu MKİ-nin himayəsində keçmiş faşist kəşfiyyatçılarını, Gestapo və SS zabitlərini ətrafına toplayaraq 1956-cı ildə Federal Almaniya xarici kəşfiyyat təşkilatını – BND-ni yaratmış və 1968-ci ilə kimi bu qurumu idarə etmişdi.

FaktXəbər

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-10-2018 04:06



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com