Bakı ətrafında 23 dəmir yolu stansiyası tikiləcək

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Fevral

2018
12:36
1958
Bakı ətrafında 23 dəmir yolu stansiyası tikiləcək

Bakı ətrafında 23 dəmir yolu stansiyası tikiləcək.

Bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov bildirib.

C. Qurbanovun sözlərinə görə, ilk olaraq tikintiyə Sabunçu stansiyasından başlanılacaq.

"Sabunçu stansiyasından təqribən 5000 adam istifadə edir. Orada tunel, yolun qaldırılması işləri görüləcək, yeni stansiyalar tikiləcək. Ümumiyyətlə, Bakı ətrafında 23 stansiya tikiləcək, 107 km yol yenidən qurulacaq", deyə C. Qurbanov əlavə edib.

***

Qəbələyə dəmir yolu xətti Ləki stansiyasından dönməklə çəkiləcək.

Bunu jurnalistlərə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib.

Onun sözlərinə görə, yeni yol Qəbələ Beynəlxalq Hava Limanına qədər uzanacaq: "Aeroporta qədər 57 km-lik dəmir yolu çəkiləcək. İşlər ilin sonunda başa çatdırılacaq".

Bundan başqa, C.Qurbanov qeyd edib ki, hazırda Xaçmaz rayonu istiqamətində dəmir yolu xətti təmir olunur. Xudat stansiyasından Şahdağa qədər olacaq yolun layihələndirmə işləri aparılır: "Dövlət başçısının tapşırığına əsasən, həm Qəbələdəki, həm də Şahdağdakı qış istirahət mərkəzini yeraltı tunellə dəmir yolu şəbəkəsinə birləşdirəcəyik". 

Məqalədə : dəmir yolu 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-08-2018 20:19



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com