Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Fevral

2018
14:24
4453
Azərbaycanın Milli Qəhrəmanları Mübariz İbrahimov, Nazim Quliyev və Firuddin Şamoyevin doğum günüdür

Mübariz Ağakərim oğlu İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonu Əliabad kəndində anadan olub. O, Daxili Qoşunların Xüsusi təyinatlı bölüyündə xidmət edib, əsgərliyini bitirdikdən sonra yenidən cəbhə bölgəsində hərbi xidmətə qayıdıb, gizir rütbəsində bir sıra əməliyyatlarda iştirak edib, 2010-cu il iyunun 18-də Tərtər rayonu Şiştəpə adlanan ərazidə düşmənin hücumunun dəf edilməsində cəsarətlə vuruşub, sonra tək başına düşmən üzərinə yeriyərək onlarla erməni yaraqlısını məhv edib və qəhrəmanlıqla həlak olub. Düşmənlərdən onun cəsədini yalnız 5 aydan sonra geri almaq mümkün olub. 2010-cu il iyulun 22-də Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Bakıda İkinci Fəxri xiyabanda dəfn edilib. Biləsuvar rayonunda adına küçə və orta məktəb var.

Nazim Qabil oğlu Quliyev 1965-ci il fevralın 7-də Beyləqan rayonu Örənqala kəndində anadan olub. O, 1988-ci ildən Füzuli  ərazisində özünümüdafiə dəstəsinin tərkibində, 1991-ci ildən isə polis (milis) nəfəri kimi düşmənə qarşı rəşadətlə vuruşub, Cuvarlı, Tuğ, Məlikcan, Arış, Divanallar kəndlərinin müdafiəsində xüsusi xidmət göstərib, 1992-ci il yanvarın 9-da Köşbək kəndi yaxınlığında mühasirəyə düşmüş əsgərlərimizin və texnikanın xilas edilməsində sücaət göstərib və qəhrəmanlıqla həlak olub. 1992-ci il oktyabrın 8-də Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Füzuli rayonunda dəfn edilib. Füzuli rayonu Yuxarı Yağləvənd və doğulduğu Örənqala kənd orta məktəbləri onun adını daşıyır.

Firuddin İsa oğlu Şamoyev 1962-ci il fevralın 7-də Qazax şəhərində anadan olub. O, 1991-ci ildən könüllü olaraq cəbhəyə gedib, 707 saylı hərbi hissənin minaatan bölüyünün komandiri kimi rəşadətlə vuruşub, Bağanıs Ayrım, Məzəm, Quşçu Ayrım və digər kəndlərin müdafiəsində fəal iştirak edib, 1992-ci il aprelin 13-də Quşçu Ayrım kəndi yaxınlığında gedən ağır döyüşdə qəhrəmanlıqla həlak olub. 1992-ci il iyunun 7-də Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Qazax şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Qazax şəhərində orta məktəblərdən biri onun adını daşıyır.  

Məqalədə : Milli Qəhrəmanlar 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

ATƏT-in nümayəndə heyəti Ağdama gəlib

25

İyun
09:45
SİYASƏT
1461

İnquşetiya prezidenti istefa verdi

24

İyun
20:35
DÜNYA
106

Sami Yusuf Bakıdadır - FOTO

24

İyun
19:55
MARAQLIDIR
1824

Diqqət! Tıxac var

24

İyun
16:56
NƏQLİYYAT
548

"Kənd təsərrüfatına gənclər cəlb edilməlidir"

24

İyun
16:05
İQTİSADİYYAT
1643

Zelenski üç qubernatoru işdən qovdu

24

İyun
15:38
DÜNYA
1770

AŞ PA-nın yay sessiyası işə başlayıb

24

İyun
15:32
SİYASƏT
2014

Günün qarşılaşmaları TV AFİŞA

24

İyun
15:25
İDMAN
1313
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-06-2019 09:53



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru