Sorğu

Prezident seçkilərində iştirak edəcəksinizmi?
BƏLİ
XEYR
HƏLƏ QƏRAR VERMƏMİŞƏM

Xəbər Lenti

İnfografika

Arxiv

Yazar

06 Fevral

2018
16:03
312
Bələdiyyə sədri ilə deputatın sözü çəp gəldi

Yeni tikilən binalara bələdiyyə tərəfindən diqqət göstərilir. Amma həmin binalardakı mənzillərin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyatı olmadığına görə vergi vermirlər.

Bunu Bakı şəhəri, Nəsimi bələdiyyəsinin sədri Nazim Qaraxanov Milli Məclisin Regional məsələlər komitəsinin fevralın 6-da keçirilən iclasında deyib.

O bildirib ki, “çıxarış”ı olmayan mənzillərdən vergilərin yığılması qanunvericilikdə dəyişiklik edilməsindən sonra mümkün ola bilər:

“Yeni tikilən bina istismara verilir, amma orada olan mənzillərin “çıxarış”ı olmur. Belə olan halda vergi yığa bilmirik. Hətta elə olur ki, binadakı mənzillərin bir neçəsinin “çıxarış”ı olduğuna görə vergi verir, onun qonşuları isə vergi vermirlər. Bu da ümumi prosesə təsir göstərir”.

Adıçəkilən komitənin üzvü Fəzail İbrahimli isə deyib ki, qeydiyyatı aparılmayan mənzillərdən vergi yığılması doğru deyil: 

“Məsələyə başqa tərəfdən baxmaq lazımdır. Niyə həmin binalardakı mənzillər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınmır?

Binalar qeydiyyata alınmalıdır, sonra vergi yığılmalıdır. Vergi mülkiyyətdən alınar, mülkiyyəti təsdiq edən sənəd olmadıqda necə vergi yığmaq olar? Əvvəl sənəd verin, sonra vergi yığın!”(oxu.az)

Məqalədə : bələdiyyə 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-02-2018 22:15

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru