Premyer Liqada XV turun proqramı müəyyənləşib

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Fevral

2018
14:09
1733
Premyer Liqada XV turun proqramı müəyyənləşib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XV turun proqramı müəyyənləşib. Qış fasiləsindən sonra ilk turun açılış oyunu fevralın 10-da saat 16:00-da olacaq.

Zirə İdman Kompleksinin stadionunda eyniadlı komanda ilə "Sumqayıt" üz-üzə gələcək. Saat 19:00-da turun mərkəzi görüşündə "Qarabağ" və "Qəbələ" komandaları qarşılaşacaq. Qarşılaşma "Azərsun Arena"da təşkil ediləcək.

Daha 2 oyun ertəsi gün nəzərdə tutulub. Fevralın 11-də saat 15:00-da "İnter Arena"da "Keşlə" - "Səbail" matçı start götürəcək. Turun son oyunu isə saat 17:00-da "Bakcell Arena"da "Neftçi" ilə "Kəpəz" arasında keçiriləcək. 

Qeyd edək ki, hələlik Peşəkar Futbol Liqası turun proqramını açıqlamayıb. Oyun saatlarının teleyayımla və digər məsələlərlə əlaqədar dəyişdirilməsi istisna deyil.  

Məqalədə : Premyer Liqa 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-08-2018 09:12



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com