Sorğu

Prezident seçkilərində iştirak edəcəksinizmi?
BƏLİ
XEYR
HƏLƏ QƏRAR VERMƏMİŞƏM

Xəbər Lenti

İnfografika

Arxiv

Yazar

05 Fevral

2018
15:43
288
`Zirə`nin yeni transferi sabah Bakıya gələcək

“Zirə” klubu Trinidad və Taboqo millisinin futbolçusu Comal Uliyamsla müqavilə bağlayacaq.

Bu barədə qəsəbə təmsilçisinin baş məşqçisi Ayxan Abbasov məlumat verib. O, bildirib ki, 24 yaşlı cinah hücumçusu fevralın 6-da Bakıya gələrək, tibbi müəyinədən keçəcək. Problem çıxmayacağı təqdirdə, vingerlə həmin gün axşam və ya ertəsi sözləşmə imzalanacaq. Uilyamsın son klubu 2016-cı ildən çıxış etdiyi Meksika "Mursielaqos"u olub. 

Baş məşqçinin sözlərinə görə, yaxın günlərdə “Zirə”yə daha bir əcnəbi futbolçunun qoşulacağı gözlənilir.

Qeyd edək ki, Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışını başa vuran “Zirə” bu gün Bakıya dönüb. Qəsəbə təmsilçisi fevralın 6-da məşqlərə start verəcək. Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv fevralın 10-da Azərbaycan Premyer Liqasının XV turu çərçivəsində “Sumqayıt”ı qəbul edəcək.(Report)

Məqalədə : Zirə 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-02-2018 22:13

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru