Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 Fevral

2018
15:22
Rusiyada partlayışa hazırlaşan İŞİD-çi öldürüldü - VİDEO

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları Nijni Novqorodda keçirilən əməliyyat zamanı İŞİD terrorçusunu zərərsizləşdirib. FaktXəbər-in "RİA Novosti"yə istinadən verdiyi məlumta görə, bu barədə FTX-nin ictimaiyyətlə əlaqələr mərkəzi məlumat yayıb.

Bildirilir ki, Rusiyada keçiriləcək prezident seçkiləri zamanı terror şəbəkəsinin üzvü partlayış törətməyi planlaşdırırmış. Terrorçu yaxın xarici ölkələrdən birinin vətəndaşıdır. Yaraqlı saxlanılarkən silahlı müqavimət göstərib və təhlükəsizlik qüvvələri tərəfindən zərərsizləşdirilib.

FTX əməkdaşları terrorçunun evində axtarış apararkən bir neçə bomba hazırlamaq üçün quruğular, odlu silah və döyüş sursatı aşkar edib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : İŞİD 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-11-2018 18:15



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com