Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 Fevral

2018
11:56
1196
Çin ABŞ-ın təyyarədaşıyanlarının `qatil`ini sınayıb

Çin ordusu "DF-21D" modernləşdirilmiş raketinin sınağını keçirib. FaktXəbər-in verdiyi məlumata görə, bu barədə "Asia Times" bildirir. Modernləşmiş raketin təfərrüatları açıqlanmasa da, gücünün 30 faiz artırıldığı bildirilir .

Məlumata görə, raket qurğusu yolsuzluq avtomobilləri kimi istənilən yerdə hərəkət edə biləcək. "DF-21D" dünyada ilk və yeganə gəmiəleyhinə ballistik raket sayılır. Adi və nüvə (təxminən 300 kiloton gücündə) başlıqları daşımaq iqtidarında olan raketin hədəfi vurmaq məsafəsi 2 700 km qiymətləndirilir.

ABŞ rəhbərliyi də dəfələrlə bəyan edib ki, öz təyyarədaşıyanları üçün əsas təhlükələrdən biri kimi "DF-21D" raketlərini görür.

Məqalədə : ÇİN 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-05-2018 05:22

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com



Рейтинг@Mail.ru