
Soçi Konqresində iştirak edən Rusiya XİN rəhbəri Serqey Lavrov Suriya müxalifətini susdurmaq məcburiyyətində qalıb. FaktXeber.com-un RİA Novosti-yə istinadla verdiyi məlumata görə, belə ki, nazirin çıxışı bir neçə dəfə kəsmək cəhdi olub.
XİN rəhbəri nümayəndələrə RF prezidenti Vladimir Putinin müraciətini çatdırdıqdan sonra öz adından da bir neçə söz demək istəyib. Lakin Suriya müxalifətinin bir nümayəndəsi onun sözunu kəsərək «Yaşasın Rusiya! Yaşasın dostluq», - deyib. Öz həmkarının dostyana ruhiyyəsi ilə razılaşmayan digər müxalifətçi onunla ərəb dilində mübahisə etməyə başlayıb.
Lavrov onları sakitləşdirməyə çalışsa da, polemika davam edib. Bundan sonra bir daha «Yaşasın Rusiya!» şüarı səslənib.
«Dostlar, bir daha diqqətinizi xahiş edirəm. Əgər «Rusiya yaşasın» deyirsinizsə, izn verin sözümü çatdırım», - deyə XİN rəhbəri asayişə çağırıb.
Bundan sonra çxışına davam edən Lavrov İran, Türkiyə və BMT nümayəndələrinə forumun hazırlığında birgə fəaliyyətləri üçün təşəkkürünü bildirib.
Qeyd edək ki, Soçi Konqresində Suriyanın bütün siyasi və etno-dini qruplarını təmsil edən 1500 nəfərdən artıq nümayəndə iştirak edir. Tədbir gecikmə ilə başlamışdı. Səbəb isə Suriya bayraqları ilə qarşılanan müxaliflərin aeroportdan çıxmağı rədd etməsi olub.
Konqresdə əsas məsələ Yeni Konstitusiya üzərində iş və Konstitusiya Komissiyasının yaradılmasıdır.
Rusiya prezidentinin Suriya məsələləri üzrə müşaviri Aleksandr Lavrentyev konqresin artıq 3 sənədi qəbul etdiyini bildirib: «Üç sənəd təsdiqlənib: yekun bəyanat, iştirakçıların müraciəti, həmçinin Suriya Konstitusiyasının hazırlanması ilə bağlı məsələlərə baxanı Komisiyaya namizədlərin siyahısı».
O, həmçinin vurğulayıb ki, bir neçə soyad razılaşdırıldıqdan sonra siyaşı BMT Baş Katinin xüsusi nümayəndəsi Staffan de Misturaya təqdim olunacaq. Nümayəndə Suriya üzrə Konstitusiya Komissiyasının yaradılması ilə məşğul olacaq.
«Mənim Soçidə hər hansı səbəbdən iştirak edə bilməyən iştirakçıları əlavə etmə imtiyazım var», - deyə Mistura bəyan edib.
Bildirilir ki, BMT xüsusi nümayəndəsi Rusiya, İran və Türkiyə tərəfindən təqdim olunan namizədlərin siyahısı arasından seçim edəcək. Hər siyahıda 50 ad olacaq. Mistura bildirib ki, yekunda Konstitusiya Komissiyasında 45-50 nəfərdən artıq insan omayacaq.

Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
25
İyun
Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
25
İyun
Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
25
İyun
Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO
25
İyun- 25-06-2020 15:05 Noam Çomski: Tramp tarixdəki ən pis cinayətkardır
- 25-06-2020 13:49 Cənubi Yəmən Keçid Şurası İsraili rəsmi olaraq tanıdı
- 25-06-2020 12:35 Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
- 25-06-2020 12:14 İran rəsmisi: İran və Azərbaycan sərhədləri sülh və dostluq sərhədləridir
- 25-06-2020 11:14 Həmas liderindən İslam dünyasına təcili çağırışı
- 23-06-2020 10:16 Dünyada koronavirus infeksiyası hallarının sayı 9 milyonu ötüb
- 19-06-2020 14:21 Dağıstan rəsmilərini lom və dəyənəklə döydülər
- 19-06-2020 11:21 ABŞ-da səhv ucbatından 2 qardaş 24 il həbsdə yatdı
- 19-06-2020 10:37 Tramp NUO barədə gizli sənədlərinin açılması barədə düşünəcəyini vəd etdi
- 19-06-2020 10:15 Nikita Xruşovun oğlu ABŞ-da öldü
- 18-06-2020 16:34 Çin prezidenti Afrikaya koronavirus peyvəndi vəd etdi
- 18-06-2020 14:10 Qazaxıstanın Baş naziri və daha beş nazir koronavirusa görə özünü təcrid edib
- 18-06-2020 13:41 BƏƏ vəliəhdi: İsrailin Fələstin torpaqlarını ilhaq etməsi qanunsuzdur
- 18-06-2020 11:06 Nursultan Nazarbayev koronavirusa yoluxub
- 18-06-2020 10:58 Fələstində 39 yeni koronavirus aşkar edildi
- 18-06-2020 10:45 Tramp keçmiş təhlükəsizlik müşavirini "qəddar axmaq" adlandırıb
- 18-06-2020 10:30 Əfqanıstanda Taliban hücumunda 7 polis öldürüldü
- 17-06-2020 14:08 Kadırov gürcü jurnalistə sui-qəsd barədə xəbərlərə münasibət bildirib
- 17-06-2020 12:35 Putini koronavirusdan belə qoruyurlar
- 17-06-2020 11:35 Hindistanda bir gün ərzində 2 min nəfər koronavirusdan ölüb
- 17-06-2020 11:30 Koronavirusu test etmədən diaqnoz qoymağın üsulu tapıldı
- 17-06-2020 10:55 Hindistan və Çin arasında qarşıdurma yaranıb
- 17-06-2020 09:50 Medvedev: 2020-ci ildə Rusiya üç "iqtisadi sarsıntı" keçirib
- 16-06-2020 17:34 İdlibdə Rusiya-Türkiyə patrul yolunda partlayış baş verib
- 16-06-2020 16:39 Cavad Zərif: "İran, Rusiya və Azərbaycan arasında sammit keçirəcəyik"