Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Yanvar

2018
21:22
Zibil qutusunu Azərbaycan bayrağının rəngi ilə bəzəyən Rusiya şirkəti məhkəməyə verilir - FOTO

“Moskvada “Mega” Ticarət Mərkəzində Azərbaycan bayrağı rəngində hazırlanan zibil qutuları hələ də yığışdırılmayıb. Bununla bağlı Ticarət Mərkəzinin rəhbərliyinə rəsmi müraciət etdik. Müraciətdə bildirdik ki, qısa müddətdə bu hal aradan qaldırılmasa məhkəməyə müraciət edəcəyik”.

Bunu Rusiyada yaşayan azərbaycanlı Daşqın Rəcəbli bildirib.

Daşqın Rəcəblinin sözlərinə görə, Ticarət Mərkəzinin girişinə bu şəkildə zibil qutularının qoyulması təsadüf ola bilməz: “Zibil qutusunun üstündə yazılmış “Цвет имеет значение” (“Rəngin əhəmiyyəti var”) yazısı bu hərəkətin təsadüfi olmadığını söyləməyə əsas verir. Bu yəqin ki, ermənilərin növbəti təxribatıdır. Əgər yaxın zamanlarda bu hal aradan qaldırılmasa, məhkəməyə müraciət edəcəyik”. (Modern.az)

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : zibil qutusu Moskva bayraq 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-11-2018 17:28



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com