Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Yanvar

2018
16:54
2498
Kriptovalyutalarla bağlı Azərbaycandan ilk addım

Azərbaycanda “kriptovalyuta ticarətinin tənzimlənməsi” haqqında qanun layihəsinin hazırlanması üçün işçi qrupu yaradılacaq.

Məlumata görə, bu, ölkəmizdə kriptovalyutalar barəsində ilk qanun olacaq.

FaktXəbər-in "1news"a istinadən məlumatına görə, işçi qrupuna Azərbaycan Prezidentinin iqtisadi siyasət və istehsalat məsələləri üzrə köməkçi xidmətinin baş məsləhətçisi Fərəh Məmmədova rəhbərlik edəcək.

Qrupun tərkibinə həmçinin maliyyə və telekommunikasiya sahələri üzrə mütəxəssislər də daxil olacaqlar. Daha öncə Fərəh Məmmədova Azərbaycanın Caspian Development Bank-ın müşahidə şurasının rəhbəri olmuşdur və maliyyə sektorunda təcrübəyə sahibdir.

Yaradılmış qrup digər ölkələrin kriptovalyuta istifadəsi təcrübələrini analiz etməli və onları Azərbaycan şərtləri ilə reallıqlarına uyğunlaşdırmalıdır. Maraqlısı ondadır ki, bu ay Bakıda “Buroka Technologies” şirkətinin nümayəndiliyi işə başlayacaq. Bu şirkət Azərbaycanda 5 vacib kriptovalyutanın (Bitcoin, Ethereum, Ripple, Dash və Litecoin) ticarətini aparmaq arzusunda olduğunu bildirib. Şirkətin Londondakı Kraken və Bitstamp kimi kriptobirjalar ilə əlaqəsi var.

“Buroka Technologies” şirkətinin Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Səbinə Məmmədli bildirib ki, bu ilin Mart ayında Bakıda blockchain və kriptovalyuta inkişafı üzrə konfrans keçirilməsi planlaşdırılır. Həmin konfransa həmçinin Ethereum kriptovalyutasının yaradıcısı Vitalik Buterin də dəvət olunub.

Onun sözlərinə əsasən bu barədə qanunvericiliyin yaradılması Azərbaycanda kriptovalyuta bazarının həcmli olmasına gətirib çıxarda bilər.

Məqalədə : bitkoin 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Tovuzda pensiya kartı ölümə səbəb oldu

22

Avqust
09:12
HÜQUQ,HADİSƏ
90

Zəvvarların ilk qrupu Vətənə dönüb - FOTO

21

Avqust
15:45
MƏNƏVİYYAT
337

Azərbaycan Çinlə birgə kombi istehsalına başladı

21

Avqust
15:31
İQTİSADİYYAT
205

Polis Balakəndə əməliyyat keçirib, saxlanılan var

21

Avqust
15:18
HÜQUQ,HADİSƏ
223

Bakıda yol qəzası - sıxlıq yarandı

21

Avqust
15:00
NƏQLİYYAT
249

Bakı bulvarında sadə çay verilmir - VİDEO

21

Avqust
14:36
ELM / TƏHSİL
301

Bakıda avtoservisdən “Niva” oğurlanıb

21

Avqust
12:28
HÜQUQ,HADİSƏ
233
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-08-2019 09:33



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru