Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Yanvar

2018
16:21
1370
Gündüz yuxusu təhlükəli xəstəliyin nişanəsidir

Gündüz vaxtı yuxulu olan insanlar Alzqeymer xəstəliyinə daha meyilli olurlar. FaktXeber.com-un MedPage Today-ə istinadla məlumatına görə, Vaşinqton Universitetinin  tibbi işçiləri bu qənaətə gəliblər.

Araşdırmada orta hesabla 66 yaşlarında olan 189 nəfər iştirak edib. Alimlər  fitnes trekerlərin yardımı ilə iki həftə ərzində onların  bioloji fəallığını izləyiblər. Bundan əlavə, beta-amilodların (Alzqeymer xəstəliyini yaradan peptidlər) müəyyənləşdirmək üçün  maqnit rezonans tomoqrafiyanın  köməyi ilə  baş beyinin  şəkilləri çəkilib.

Alimlər müəyyən ediblər ki, beynin işini pozan amiloid lövhəli insanlar gecə pis yatır və gündüz yuxulu olurlar.

Bundan əvvəl amerikalı yuxu mütəxəssisi Mettyu Uolker  gündüz yatmağın insan orqanizminə mənfi təsiri  barədə danışmışdı. O, təsdiqləyib ki, gündüz yuxusu beyinə də, orqanizmə də faydalıdır. Ancaq, bununla belə, «çubuğun iki tərəfi» ola bilər: insanlar gündüz «yuxunu toplayır», bu da gecə yuxusunun pozulmasına gətirir.

Məqalədə : yuxu 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-05-2018 02:30

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com



Рейтинг@Mail.ru